Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:57

'Sərt pul siyasəti davam edəcək'


Elman Rüstəmov
Elman Rüstəmov

«Azərbaycan Mərkəzi Bankı gələn il də sərt pul siyasətini davam etdirəcək».

APA-nın xəbərinə görə, bunu dekabrın 6-da parlamentin 2017-ci ilin dövlət büdcə zərfinin müzakirəsi zamanı Mərkəzi Bankın (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

MB rəhbəri deyib ki, artıq sərt pul proqramı hazırlanıb və reallaşdırılacaq: «Əsas məqsəd artıq pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin, inflyasiyanın yüksəlməsinin qarşısını almaqdır. 2017-ci ildə də maliyyə sabitliyi məqsədləri və bank sisteminin likvidliyinin təmin edilməsi zərurətini nəzərə alaraq, pul kütləsinin sterilizasiyası əməliyyatlarının həcmi artırılacaq. Lazım gələrsə, faiz dərəcələri səviyyəsinə baxılacaq».

Buna da bax-Tarif dəyişikliyi büdcədə gəlir və xərcləri artırıb

Maliyyə sterilizasiyası artmış pul kütləsinin inflyasiya potensialına malik izafi hissəsinin dövriyyədən çıxarılmasına yönəldilmiş əməliyyatlara deyilir.

Likvidlik isə aktivlərin pula çevrilmə imkanını əks etdirən iqtisadi termindir.

Gələn il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 255 mln. manat, xərcləri isə 16 mlrd. 900 mln. manat nəzərdə tutulur.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG