Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:42

'Konvensiya-66'ya dair fikirlər haçalandı...


"Tərəddüd". Şerif. Karikatura.
"Tərəddüd". Şerif. Karikatura.

“Avropa Konvensiyasının tələblərinə əməl edilsəydi, Azərbaycanda bu qədər özbaşınalıq olmaz, Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycandan yüzlərlə şikayət getməzdi.

Əlbəttə, Konvensiyanın tələbləri yerinə yetirilmir. Üstəlik, Avropa Məhkəməsinin qərarları da icra edilmir. Bu qərarların icrası məcburi olsa belə”, - hüquqşünas Aslan İsmayılov belə deyir.

Noyabrın 4-də insan hüquq və əsas azadlıqlarının müdafiəsinə dair Avropa Konvensiyasının qəbulundan 66 il ötür.

Buna da bax:​ Konvensiya, sonra əməkdaşlıq - Məmmədyarov

Bu Konvensiya 1953-cü ilin sentyabrından qüvvəyə minib. Azərbaycan da Avropa Konvensiyasına qoşulub. Amma onun tələblərinə Azərbaycanda əməl edilib-edilməməsi ilə bağlı fikirlər haçalanır.

Hakim Yeni Azərbaycan Partiyasından olan deputat, Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Astan Şahverdiyev suala qısa və konkret cavab verir: “Çox yüksək şəkildə əməl olunur”.

“İlk illərdə əməl etməyə çalışsalar da, son illər...”

Hüquqşünas Aslan İsmayılovun sözlərinə görə, Azərbaycan hakimiyyəti Avropa Şurasına üzv olduğu ilk illərdə sözügedən sənədin tələblərini, nisbətən də olsa, yerinə yetirməyə, Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını icra etməyə çalışırdısa, son illər nə Konvensiyanın tələblərinə əməl edilir, nə də Avropa Məhkəməsinin qərarları icra olunur.

Buna da bax:​ Xəzərin statusu ilə bağlı Konvensiya layihəsi hazırlanır

O, Konvensiyada nəzərdə tutulmuş müddəaların böyük əksəriyyətinin, özəlliklə mülkiyyət, sərbəst toplaşmaq, ifadə azadlığı kimi hüquq və azadlıqların kobud şəkildə pozulduğunu düşünür. Hüquqşünas ədalətli məhkəmə hüququnun təmin edilməməsinə ayrıca diqqət çəkir:

“Konvensiyanın 6-cı maddəsinə görə, hər kəsin ədalətlə mühakimə olunmaq hüququ var. Amma mən Azərbaycanda məhkəmə hüququ ədalətli şəkildə təmin edilən bircə nəfər də tanımıram. Onlarla işə çıxmışam, məhkəmədə rüşvətlə, sifarişlə qərar qəbul edirlər. Azərbaycan məhkəmələri indiki qədər heç vaxt bərbad olmayıb. Ona görə də son zamanlar insanlar məhkəməyə müraciət etmirlər. Bu gedişlə oğru dünyası ortaya çıxıb problemləri həll etməyə başlayacaq”.

Aslan İsmayılov belə güman edir ki, proses Azərbaycanın Avropa Şurasından xaric edilməsinə aparıb çıxara bilər.

Buna da bax:​ Tütünçülüyə dəstək məsələsində '5 qəpik' söhbəti

“Formal olaraq əməl edilir”

“Konvensiyanın tələblərinin yerinə yetirilib-yetirilməməsini hər hansı monitorinq əsasında demək olar. Avropa Konvensiyasının tələblərinə heç Avropanın özündə də, bəzən, əməl olunmur. Çox güman, Azərbaycanda da Konvensiyanın bir çox tələbləri lazımi şəkildə yerinə yetirilmir. Amma bunu tələb edən də yoxdur, axı”, - parlamentin İnsan Haqları Komitəsinin üzvü Fazil Mustafa belə deyir.

Deputat Konvensiyanın bəzi tələblərini, Azərbaycanın sadəcə, “formal olaraq” yerinə yetirdiyini düşünür. Məsələn, sərbəst toplaşmaq, media, söz azadlığı və s.

“Sentyabrda hakimiyyət müxalifətin referendum öncəsi “Məhsul” stadionuna toplaşaraq mitinq keçirməsinə icazə verməklə, formal da olsa, bu tələbə əməl etdi. Ya götürək söz azadlığını. Azərbaycanda, bir-iki sayda da olsa, müxalifət mətbuatı mövcuddur, burda, ya da internetdə müxalif fikirlərini dilə gətirirlər. Təbii ki, məhdudiyyətlər də var. Bu da dövlətin öz təhlükəsizliyini, bəzən də hakimiyyəti qorumaq maraqları ilə bağlıdır. Buna görə, ötən həftə dini ekstremizmlə bağlı sərt qanun qəbul edildi. Hüquqi məsələləri dartışmaq olar, amma formal baxımdan, bir çox hüquqların yox olduğunu söyləmək olmaz”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG