Keçid linkləri

2016, 25 Sentyabr, bazar, Bakı vaxtı 21:24

Prezident İlham Əliyevin təqdim etdiyi «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktının layihəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun iclası təyin olunub.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclas iyulun 25-də keçiriləcək.

İyulun 18-də prezident İ.Əliyev rəy alınmasından ötrü Konstitusiya Məhkəməsinə «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktı layihəsini göndərib.

Konstitusiyada nələr necə dəyişdirilir? (Müqayisəli mətn)

Həmin layihədə Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır.

KONSTİTUSİYADA NƏLƏR NECƏ DƏYİŞİR? -

Aparıcı müxalifət qüvvələri bu layihənin əleyhinə mövqelərini bildiriblər. Onların fikrincə, bu, respublika sistemindən monarxiya sisteminə keçməkdir. Hakim Yeni Azərbaycan Partiyasının təmsilçiləri isə onu dəstəkləyən açıqlama veriblər. Onlar isə deyirlər ki, həmin müddəalar bir sıra aparıcı ölkələrin konstitusiyasında var.

Buna da bax: Konstitutsiyaya dəyişikliklə bağlı aktda nədən söhbət gedir?

Günün bütün mövzuları

XS
SM
MD
LG