Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:57

"Gərək Azərbaycan Konstitusiyasını gecə oxuyub yatasan..."


►Azərbaycan Konstitusiyası 20 il sonra…

12 Noyabr Azərbaycanda Konstitusiya Günüdür.

1995-ci ilin bu günü keçirilən referendumda Konstitusiya səsverməyə çıxarılıb. Dövlətin Əsas Qanunu həmin il noyabrın 27-dən qüvvəyə minib.

Bu, müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyasıdır.

5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olan anayasaya bir neçə dəfə dəyişiklik olub.

“BİR ÇOXU GERİYƏ ADDIMDIR”

Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli

Hüquqşünas Qulamhüseyn Əlibəyli deyir ki, ötən 20 ildə Azərbaycan Konsitusiyasının 20 maddəsinə müxtəlif dəyişimlər olub. Q.Əlibəyli bu dəyişimlərin bir çoxunu geriyə addım kimi dəyərləndirib:

Ən ciddi geriyə addım prezidentin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı müddəanın aradan götürülməsidir.

“Ən ciddi geriyə addım prezidentin iki dəfədən artıq prezident seçilməsi ilə bağlı müddəanın aradan götürülməsidir. İkincisi, proporsional seçki sisteminin ləğvi ilə bağlı dəyişimdir. Bundan başqa ölkənin ikinci adamının baş nazir olması ilə bağlı dəyişikliyi də yada salmaq olar. Prezident öz yerində olmayanda onun səlahiyyətləri Milli Məclisin sədrinə keçirdi. Düşünürəm ki, Milli Məclis sədrinin olması daha məqsədəuyğun idi. Çünki Milli Məclis sədri xalq səsverməsi yolu ilə seçilir, baş nazirsə təyin olunur. Bundan başqa müharibə dövründə prezidentin və parlament üzvlərinin səlahiyyətlərinin müddətinin artırılması və digər dəyişmələri göstərmək olar”.

Qulamhüseyn Əlibəyli ümumilikdə Azərbaycan Konstitusiyasını insan hüquq və azadlıqlarının təsbiti baxımından yüksək qiymətləndirir. Amma faktiki vəziyyət bu konstitusiyada göstərilənlərdən fərqlənir.

Buna da bax: Arif Yunusun ilk müsahibəsi - VİDEO

KONSTİTUSİYADA YAZILANLAR REALLIQDA…

Banklarla onlardan dollarla kredit götürən müştərilər arasında fevralın 21-də manatın devalvasiyasından sonra problem yaranmışdı. Banklar vətəndaşlardan vəsaiti yeni məzənnə ilə ödəməyi, vətəndaşlar isə krediti köhnə məzənnəylə - krediti hansı məzənnə ilə götürüblərsə, həmin məzənnə ilə də qaytarmaq istəyirdilər. Bu mübahisə Konstitusiya Məhkəməsinə qədər getmişdi. Mübahisəli məqamlardan biri də Azərbaycan Konstitusiyasının 19-cu maddəsi ilə bağlı idi.

Həmin maddənin III bəndi Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsini qadağan edir.

Buna da bax: Avropa “Molla Krekar” qəsdinin üstünü açdı

KONSTİTUSİYANI OXUYUB SONRA DA UTUNTMAQ…

Müzəffər Baxış

Müzəffər Baxış

Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı qərarını bəzi hüquqçular və iqtisadçılar tənqid etmiş. Konstitusiyanın təhrif olunduğunu və səhv yozulduğunu demişdilər.

İstər mülkiyyət hüququ, istərsə də ifadə azadlığı və başqa hüquqlar hər addımbaşı pozulur.

Vəkil Müzəffər Baxış nəinki belə hallarda, eləcə də Konstitusiyada yazılanların açıq-aşkar pozulmasından danışır:

“İstər mülkiyyət hüququ, istərsə də ifadə azadlığı və başqa hüquqlar hər addımbaşı pozulur. Gərək Azərbaycan Konstitusiyasını ancaq axşamlar, heç kim olmayanda oxuyub, sonra da yatasan. Səhər isə bütün oxuduqlarını unudub, gerçəyə dönəsən”.

Azərbaycanda ilk konstitusiya məhkəmə nəzarəti orqanı olan Konstitusiya Məhkəməsi isə 1998-ci il iyul ayının 14-də yaranıb.

Konstitusiya vətəndaşlara yaşamaq, işləmək, seçmək, seçilmək, sərbəst toplaşmaq, ifadə, fikir, söz azadlığı və başqa hüquq və azadlıqlar verir. Bu hüquq və azadlıqların nə dərəcədə təmin edilməsi hər zaman müzakirə mövzusu olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG