Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 00:49

-

“Həyat çox dinamikləşib. Əvvəllər beş il insana bir ömür kimi gəlirdi. İndi beş il elə gəlib keçir ki, heç bilinmir, nə zaman keçdi. Çünki görülən, görüləcək işlər çoxdur, tələblər yüksəkdir”.

Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Konstitusiyaya dəyişikliklər təklifi paketini şərh edərkən belə deyib.

Report-un xəbərinə görə, S.Mirzəyev bildirib ki, indi tələblər yüksəkdir.

"O qədər görüləsi işlər var ki..."

“Bu tendensiya o ölkələrdə əmələ gəlir ki, orada, hələ, tam oturuşma olmayıb və inkişaf perspektivləri çoxdur. Yəni, həmin yerdə o qədər görüləsi işlər var ki, bunu üç, dörd, ya 5 ilə sığmaq çətin məsələdir. Bütün bunlar Azərbaycana da aiddir və ona görə də prezidentin səlahiyyət müddətini uzatmaq lazımdır”, S.Mirzəyev deyib.

Onun sözlərinə görə, 7 il dəqiq götürülmüş müddətdir.

S.Mirəzeyv prezidentə parlamenti buraxmaq səlahiyyət verilməsinin də normal təklif olduğunu ifadə edib.

Parlament tam iflic vəziyyətə düşərsə...

“Avropanın bir çox ölkəsində dövlət başçılarının belə bir hüququ var. Parlament tam iflic vəziyyətinə düşərsə, prezident bu səlahiyyətindən istifadə edəcək. Problem ondadır ki, belə vəziyyət yaranarsa bununla bağlı hansı addımların atılması barədə, hazırda, bizim konstitusiyada heç bir müddəa yoxdur. Məsələn, elə bir şərait yarana bilər ki, seçkilər nəticəsində böyük və kiçik partiyalar yığışaraq koalisiya yarada bilməsinlər. Amma 5 il müddətində belə parlamentlə yaşamaq mümkün deyil. Konstitusiya hər bir hal üçün müəyyən çıxış yolu tapmalıdır”.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

S.Mirzəyev təkliflərə tənqidi yanaşmaları, onun prezident hakimiyyətinin güclənməsi kimi dəyərləndirilməsini “boş iftira” kimi qiymətləndirib.

İyulun 18-də prezident İ.Əliyev rəy alınmasından ötrü Konstitusiya Məhkəməsinə «Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında» Referendum Aktı layihəsini göndərib. Konstitusiya Məhkəməsinin iyulun 25-də bu layihəyə baxacağı gözlənilir.

Həmin layihədə Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

Aparıcı müxalifət qüvvələri bu layihənin əleyhinə mövqelərini bildiriblər. Onların fikrincə, bu, respublika sistemindən monarxiya sisteminə keçməkdir. Müxalifət hesab edir ki, bu dəyişikliklərlə prezidentin ailə üzviləri və yaxınları hakimiyyət idarəçiliyinin yüksək pillələrinə gətiriləcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG