Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:09

Respublikaçı-konqresmen İlham Əliyevə məktub göndərib


Konqresmen Christopher Smith
Konqresmen Christopher Smith

«Turan» İnformasiya Agentliyinin xəbərinə görə, ABŞ Konqresi Helsinki Komissiyasının sədri Kristofer Smit (Christopher Smith) (Nyu-Cersi ştatından respublikaçı) Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

Məktubda sentyabrın 26-da ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçiriləcəyindən ciddi narahatlığını bildirib.

Nyu-Cersi ştatından respublikaçı Kristofer Smit Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib.

K. Smitin fikrincə, təklif edilən dəyişikliklər demokratiyanın qorunması üzrə Azərbaycanın beynəlxalq öhdəliklərini poza bilər.

«Turan»-ın Vaşinqton müxbirinin bildirməsinə görə, məktubu həmçinin respublikaçı konqresmen Co Pitts və respublikaçı Adam Şiff də imzalayıblar.

Buna da bax:​ Konqresmen Smith: «Onlar azad olmalıdır»

«Prezident müddətinin artırılması və prezidentin səlahiyyətlərinin genişləndirilməsi siyasi hakimiyyətdən sui-istifadəyə gətirib çıxara bilər», - Konqres üzvləri yazırlar.

Məktubda qeyd edilir ki, Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklər prezident hakimiyyətinin varislik xəttinin yenidən təşkilini nəzərdə tutur.

Konqresmenlər: «Azərbaycanda referendum legitimlik böhranı yaradır»

Söhbət prezidentin səlahiyyət müddətinin beş ildən yeddi ilədək artırılmasından, yaş məhdudiyyətinin aradan qaldırılmasından, dövlət başçısının təyin edəcəyi vitse-prezidentlərin toxunulmazlığından və onun parlamenti buraxmasından gedir.

«Qarşıdakı referendum ciddi legitimlik böhranı yaradır», - məktubda qeyd olunur.

Buna da bax:​ Konqresmen jurnalistlərin azad edilməsinə çağırıb

2015-ci ilin dekabrında K. Smit «Azərbaycanda demokratiya aktı» (HR 4264) qanun layihəsini təqdim edib. Qanun layihəsinə görə, siyasi məhbus sayılan şəxslərin buraxılmayana, azad və ədalətli seçkilərin keçirilməsində mühüm irəliləyiş olmayana qədər ABŞ Azərbaycanın yüksək vəzifəli hökumət üzvlərinə vizaların verilməsindən imtina etməlidir.

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı referendum sentyabrın 26-da keçiriləcək.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG