Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:31

Konqresmen jurnalistlərin azad edilməsinə çağırıb


Konqresmen Dana Rohrabacher

Konqresmen Dana Rohrabacher

Respublikaçı Dana Rohrabacher Dünya Mətbuat Azadlığı günü münasibətilə verdiyi bəyanatda məhbus jurnalistlərin azad olunmalarını tələb edib

Kaliforniyadan respublikaçı Dana Rohrabacher Dünya Mətbuat Azadlığı günü münasibətilə verdiyi bəyanatda bütün dünya boyunca hökumətləri jurnalistlərin hüquqlarına hörmət göstərməyə çağırıb.

Konqresmen bəyan edib ki, Birləşmiş Ştatlarda və bütün dünyada jurnalistlər və reportyorlar azad cəmiyyətlərin quruculuğunda əsas elementlərdən biridir.

“O yerlərdə ki, mətbuat azaddır, lap yuxarıda olanların öz səlahiyyətlərini aşmaq ehtimalı azdır və hökumətlər öz hərəkətləri üçün daha asanlıqla məsuliyyətə cəlb olunurlar” – deyib konqresmen.

O yerlərdə ki, mətbuat azaddır, lap yuxarıda olanların öz səlahiyyətlərini aşmaq ehtimalı azdır

Özünün də peşəcə jurnalist olduğunu xatırladan Rohrabacher bildirib ki, “reportyorların yalnız öz işlərini gördüklərinə görə ədalətsizcəsinə cəzalandırılmasını görmək xüsusi narahatlıq doğurur”.

Konqresmenin fikrincə, Çin və Türkiyə kimi ölkələrdə hökumətlərin mətbuat üzərinə hücumu yalnız onların öz zəifliyini və xofunu göstərir.

Dana Rohrabacher deyir ki, bütün jurnalistlər öz işlərini qısnanmaya məruz qalmadan görə bilmək imkanına malik olmalıdırlar.

“Azərbaycanda Xədicə İsmayılova, İranda Mohammad Seddigh Kaboudvand və Efiopiyada Eskinder Nega kimi qanunsuz məhbus edilənlər sərbəst buraxılmalıdırlar” – deyilir bəyanatda.

Günün bütün mövzuları

XS
SM
MD
LG