Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:57

Konqresmendən sanksiya çağırışına dəstək


Konqres
Konqres

-

Amerikalı konqresmen Joe Heck insan hüquqlarının pozulmasında rolu olan Azərbaycan hökuməti nümayəndələrinə qarşı viza sanksiyaları tətbiq edilməsini nəzərdə tutan «Azərbaycanda Demokratiya Aktı»nı (HR 4264) dəstəkləyib.

«Turan»ın xəbərinə görə, artıq «Azərbaycanda Demokratiya Aktı»nın hazırda rəsmi olaraq iki həmmüəllifi var. Qanun layihəsinin ilk həmmüəllifi demokrat-konqresmen Louise Slaughter-dir.

«Azərbaycanda Demokratiya Aktı» layihəsini Konqresin Helsinki Komissiyasının sədri Chris Smith elan edib. 14-səhifəlik sənəd baxılması üçün Konqresin üç komitəsinə təqdim olunub. «Turan»ın xəbərinə görə, qanun layihəsinin tam səsverməyə nə zaman çıxarılacağı hələ elan edilməyib. Qanun qəbul ediləcəyi təqdirdə Azərbaycan hökumətinin ali rəhbərliyinin nümayəndələrinə və onların yaxın qohumlarına ABŞ-a viza verilməsindən imtina olunacaq. Viza sanksiyaları ölkənin ali rəhbərliyi və ya onların ailə üzvləri ilə işgüzar münasibətlərdən maliyyə mənfəəti əldə edənlərə də şamil olunacaq. Bundan başqa, insan hüquqlarının pozulmasında rolu olan hüquq-mühafizə orqanlarının, təhlükəsizlik qurumlarının və hakimlər də sanksiyaların təsiri altına düşəcək.

Sanksiyalar həmçinin ABŞ tərəfindən Azərbaycana çoxtərəfli maliyyə yardımı verilməsi sahəsində məhdudiyyət təşəbbüslərinin irəli sürülməsini nəzərdə tutur. Bununla yanaşı, qanun layihəsində ali rəhbərlərin və onların ailə üzvlərinin ABŞ-dakı aktivlərinin dondurulması nəzərdə tutulur.

XS
SM
MD
LG