Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:59

Baş rolda... Bakıdır- [Təqdimat]


Baku film project
Baku film project

►Oktyabrın 23, 24 və 25-də “Bakı, mən səni sevirəm” kinolayihəsinin təqdimatı keçiriləcək.

Bakını tanıdan bu kino layihəsinə dəstək vermiş Heydər Əliyev Fondunun yaydığı xəbərə görə, təqdimat mərasiminin ilk günündə filmin yaradıcı heyəti iştirak edəcək.

Təqdimat Heydər Əliyev Mərkəzində baş tutacaq.

Layihənin prodüserləri Yeqor Mixalkov-Konçalovski və Nadir Maçanovdur. Ekran əsəri “Mosfilm” kinokonsernində istehsal olunub.

“Bakı, mən səni sevirəm” layihəsi 10 novella əsasında ekranlaşdırılmış qısametrajlı filmlərdən (“Aziya”, “Görüş”, “Rəssam”, “Həyət”, “Bəhram Gur”, “Xəzər Atlantidası”, “ Lotereya bileti” “Sevgi haqqında”, “Aysel”, “Hadisə”) ibarətdir.

Fimlərin rejissorları Yeqor Mixalkov-Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Aleksander Fodor (Böyük Britaniya), Andre Badalo (İspaniya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu və Yavər Rzayevdir (Azərbaycan).

Buna da bax: 1 milyon manat oğurlayana hökm oxundu

Filmin hazırlıq prosesinə 2011-ci ilin noyabrında start verilib. Çəkiliş prosesi 2012-ci il martın 12-dən başlayıb. Çəkilişlər 2 sessiyadan ibarət olub. Mart-aprel və iyun-iyul aylarını əhatə edən yaz, yay sessiyalarının hər birində 5 film çəkilib.

Yegor Konchalovsky
Yegor Konchalovsky

Kinoalmanaxın çəkiliş heyəti 138 nəfərdən ibarət olub. Kütləvi səhnələr də nəzərə alınmaqla “Bakı, mən səni sevirəm” layihəsində 150-dən artıq aktyor və aktrisa rol alıb.

Ekran əsərində Azərbaycanın xalq artistləri Rasim Balayev, Məbud Məhərrəmov, Laləzar Mustafayeva, əməkdar artistlər Şamil Süleymanlı, Bəhram Bağırzadə, Ayşad Məmmədov, Sənubər İsgəndərli və digər sənətkarlarla yanaşı, İtaliya, Böyük Britaniya, Türkiyə, Rusiya, Belarus, Litva və Özbəkistandan dəvət olunmuş aktyor və aktrisalar da çəkiliblər. Onların arasında Alessandro Bertoluççi, Aziya Arcento, Nadirə Myurrey, Aqniya Ditkovskite, Vadim Tsallati, Vyaçeslav Razbeqayev və Tatyana Rujavskaya kimi tanınmış simalar var.

Buna da bax: DİN-dən Aynarın kafesi ilə bağlı açıqlama

Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.

Film həm də aktyor və rejissorların nəzərində Bakıya bir sevgi etirafıdır.

İndiyədək dünyada 3 şəhər--Paris, Nyu-York və Moskva ilə bağlı oxşar kinolayihələr həyata keçirilib.

XS
SM
MD
LG