Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:36

-

Hökumət borclu vətəndaşa yardım göstərməyi hədəfləyən ilk antikollektor şirkətini birmənalı qarşılamayıb. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı martın 3-də Milli Məclisdə antikollektorların fəaliyyətini tənqid atəşinə tutub. Komitə sədriantikollektorların yardımçı deyil, insanlara bank borclarını qaytarmamağın yollarını öyrədən bir qurum olduğunu deyərək, sözünü belə bitirib: «Mən qayıdanda o şirkətlə məşğul olacağam».

Hökumət üzvünün çıxışı xeyli sual doğurub:Vətəndaşın köməyinə çatan bir quruma öncədən belə neqativ münasibətə nə ehtiyac var? Borclu vətəndaşa hədə-qorxu gələn kollektor şirkətləri varsa, vətəndaşın hüquqlarını qoruyan antikollektor nədən olmasın? Rəsmi şəxs hələ işə başlamayan antikollektor şirkətini niyə indidən hədələyir? Və s. və i.a.

«BORC ÖDƏNMƏLİDİR, AMMA...»

«Antikollektor» MMC-nin qurucusu Əkrəm Həsənov deyir ki, şirkət haqqında tam yanlış rəy formalaşdırılır: «Antikollektorun rəhbəri mənəm və mən həmişə demişəm ki, istənilən borc qaytarılmalıdır. Ancaq 2 şərtlə:qanun çərçivəsində və imkan daxilində».

Ekspert borcların qanunauyğun müqavilə şərtlərinə dayanaraq qaytarılmasını vacib sayır: «Müqavilədə qanun pozuntuları varsa, borc məbləği şişirdilibsə, qanunsuz cərimələr və s. tutulubsa, borclu,haqlı olaraq, ödəyəcəyi məbləğin azaldılmasını tələb edəcək. Deməli, borclunu bu işdə müdafiə etmək lazımdır. Bunu kim edə bilər? Təbii ki, vəkillər, hüquqşünaslar. Antikollektor da qanuni yaradılmış hüquq şirkətidir və bu işi görəcək. Buna kimin qanuni iradı ola bilər?».

«ANTİKOLLEKTORU BEŞİYİNDƏCƏ BOĞMAQ İSTƏYİRLƏR»

Ə.Həsənov bildirir ki, borc imkan daxilində qaytarılmalıdır: «Borclunun imkanı yoxdursa, borcu da qaytarmayacaq. Haradan qaytarsın? Buna görə onu qorxutmaq, qanunsuz həbs etmək, intihar həddinə çatdırmaq olmaz. Amma təəssüf ki, banklar bu hərəkətlərin arxasında durur. İnsanları bu haqsızlıqlardan kim qorumalıdır? Təbii, vəkillər, hüquqşünaslar».

Əkrəm Həsənov

Əkrəm Həsənov

Hüquqşünas Azərbaycanda yalnız kollektor şirkətlərinin fəaliyyət göstərməsinə təəccübünü də gizlətmir: «Kollektorlar əhaliyə qan uddursa, qorxutsa, dəng etsə də, buna heç bir dövlət orqanı münasibət bildirmir. Amma 3 gün fəaliyyət göstərən antikollektora belə münasibət göstərilir. Deməli, insanların hüquqlarını pozanlar haqqında susmaq, amma insanları müdafiə etmək istəyənin üzərinə getmək lazımdır? Təbii, bu fikirlərin arxasında banklar durur. Antikollektorun 3 günlük fəaliyyəti onların öz qanunsuz əməllərinin kütləvi ifşasından qorxmasına yetdi. Haqsız olduqlarını bildiklərindən antikollektoru beşiyindəcə boğmaq istəyirlər».

NİZAMNAMƏ KAPİTALI 5 MANAT OLAN KOLLEKTOR VAR

Ə.Həsənov hazırda 5 kollektor şirkətin çalışdığını xatırladır və onları belə səciyyələndirir: «Biri hələ 2005-ci ildən fəaliyyət göstərir. Heç bir dövlət orqanı da onların fəaliyyətinin nə dərəcədə qanuni olması ilə maraqlanmayıb. Nizamnamə kapitalları maksimum 100 manatdır. Hətta kollektorların birində 5 manatdır, yəni, əslində, heç nə! Bu məbləğlə necə fəaliyyətə başlayıblar? Deməli, əsas məqsəd ilk gündən borcluları talan etməkdən ibarət olub».

«TƏSİSÇİLƏRİN MƏQSƏDİ GƏLİR GÖTÜRMƏK DEYİL»

Hüquqşünasın sözlərinə görə, antikollektor yalnız bu il yaradılıb və cəmi 3 gündür fəaliyyət göstərir: «Nizamnamə kapitalı da 10 min manatdır. Başqa sözlə, təsisçilər antikollektor fəaliyyətinə borcluların deyil, öz vəsaitləri hesabına başlayıblar. Ümumiyyətlə, antikollektor təsisçilərinin məqsədi gəlir götürmək deyil. Bir sıra xidmətlər, o cümlədən ilkin məsləhətlər pulsuzdur. Xidmətinbir qismi ödənişli olacaq ki, işçilərə əməkhaqqı verə, digər ofis xərclərini qarşılaya biləsən. Və xidməthaqqı da nisbətən ucuz, borcluların işlərini birləşdirə bilsək, çox cüzi olacaq».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG