Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:00

Məcburi köçkünlər yolu bağlayıb


İyulun 26-da Bakının Dərnəgül qəsəbəsində məskunlaşan bir qrup məcburi köçkünün ərazidəki avtomobil yolunu bağladıqları bildirilir.

Aksiyaya səbəb sosial problemlər göstərilir.

Dərnəgüldəki yataqxanalarda məskunlaşan məcburi köçkünlərdən Murad Şahmərdanov «Turan»a deyib ki, son bir neçə ay ərzində sosial vəziyyətləri durmadan ağırlaşır.

SU, ELEKTRİK PROBLEMİ

«Bu ilin əvvəlindən elektrik verilməsində, su təminatında problemlər artıb. Su, onsuz da, daimi problemdir. Bu azmış kimi, elektrik problemi də əlavə olundu. Tez-tez işıqlar keçir. Bundan başqa, elektrik tez-tez artır. Soyuducular, televizorlar, başqa elektrik avadanlıqları buna dözməyib sıradan çıxır. Burdakı yataqxanalarda məskunlaşanların, az qala, hamısı hər gün bunun əziyyətini çəkirlər», - deyən M.Şahmərdanov əlaqədar qurumlara - icra hakimiyyətinə, su, işıq idarələrinə müraciətlərinə baxılmadığını bildirib.

M.Şahmərdanovun deməsinə görə, problemlərə etiraz edən sakinlər ərazidəki yarmarkanın qarşısından keçən əsas yolu bağlayıblar. Yalnız bundan sonra yerli icra hakimiyyətinin nümayəndəsi onları dinləməyə gəlib.

VƏD VERİLİB

M.Şahmərdanov qeyd edir ki, nümayəndə problemin araşdırılıb yoluna qoyulacağına söz verib.

Əraziyə Yol Polisi, Post-Patrul Xidməti əməkdaşlarının da gəlməsindən sonra köçkünlər yolu boşaldıblar.

Aksiyada qaldırılan problemlərə Qaçqın və Məcburi Köçkünlərin İş üzrə Dövlət Komitəsindən, hələlik, münasibət öyrənmək mümkün olmayıb.

Buna da bax - Məcburi köçkünlər yolu bağladılar

Bir müddət əvvəl Dərnəgüldə N.Tusi adına Azərbaycan Pedaqoji Universitetinin 1 saylı yataqxanasında məskunlaşan məcburi köçkünlər də etiraz əlaməti olaraq avtomobil yolunu bağlamışdılar. Onlar da binalarının qəzalı olmalarından və sosial problemlərdən şikayətlənirdilər.

Şərhləri göstər

XS
SM
MD
LG