Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:26

Koçaryan partiya yaradıb siyasətə qayıdır?


Prezident Robert Kocharian (solda) və xarici işlər naziri Vartan Oskanian, Yerevan, 2007.

Prezident Robert Kocharian (solda) və xarici işlər naziri Vartan Oskanian, Yerevan, 2007.

►Oskanyan brifinq keçirdi

Ermənistanda yeni siyasi partiya yaradılır.

Partiyanı sabiq prezident Robert Koçaryanın dövründə xarici işlər naziri olmuş, hazırda isə ölkə parlamentinin deputatı olan Vartan Oskanyan təsis etməyi planlaşdırır.

Dərhal söz-söhbət yayılıb ki, Koçaryan yenidən siyasətə qayıdır.

Amma "Çiçəklənən Ermənistan" partiyasının keçmiş üzvü olan Oskanyan parlamentdəki brifinq zamanı qeyd edib ki, Ermənistan prezidenti Robert Koçaryanın yaradılmaqda olan partiyaya heç bir aidiyyatı yoxdur.

Bununla belə, o, Koçaryanın 2017-ci ildə keçiriləcək parlament seçkilərində partiyanın namizədlər siyahısında olub-olmayacağını dəqiqləşdirməyib. O qeyd edib ki, Koçaryanla münasibətləri normaldır və onun bu işə cəlb olunmağı istəyib-istəmədiyini özündən soruşmaq lazımdır.

Keçmiş nazir 10 nəfərin ölümü ilə nəticələnən 2008-ci ilin 1 mart hadisələrinin onun partiyasının gündəliyində olub-olmadığı barədə suala cavab olaraq deyib ki, bu məsələ ilə hüquq mühafizə orqanları məşğul olmalıdır. O əlavə edib ki, onun partiyası bu və ya digər şəkildə buna çalışacaq.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

2008-ci ilin 1 mart hadisələri zamanı Oskanyan XİN-ə rəhbərlik edirdi. Aparıcı müxalifət qüvvələri 8 vətəndaşın və 2 polis əməkdaşının ölümü ilə nəticələnmiş bu hadisəyə görə prezident Robert Koçaryanı ittiham edirlər.

Onlar düşünürlər ki, Oskanyan da o vaxtkı hökumətin üzvü kimi bu işə görə məsuliyyət daşıyır. Vartan Oskanyanın özü isə vurğulayıb ki, o, hadisələrdən 3-4 saat əvvəl qan tökülməsinin qarşısını almağa çalışıb.

"Mən cəsarətlə kameraların qarşısına çıxıb həm ölkə prezidentini, yəni hökuməti, həm də müxalifəti qanlı hadisələrdən yan keçmək üçün dialoqa girməyə səsləmişəm," - deyə o bildirib.

Buna da bax: Bakıda Novruz karvanı- [Fotolar]

Günün bütün mövzuları

XS
SM
MD
LG