Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:25

Koalisiyanın 18 təşkilatı hökumətə müraciət etdi


Article 19 (Global Campaign for Free Expression)
Article 19 (Global Campaign for Free Expression)

Beynəlxalq Hüquq Müdafiə Təşkilatları Koalisiyası Azərbaycan hökumətini real islahatlara başlamağa və vətəndaş cəmiyyətinə repressiyalara son qoymağa dəvət edib.

“Turan” Agentliyinin xəbərinə görə, 18 təşkilatın oktyabrın 28-də açıqlanan birgə bəyanatında deyilir ki, Koalisiya Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) İdarə Heyətinin Azərbaycanın statusunu yüksəltməmək qərarını alqışlayır.

“MSŞT hökuməti tənqid edən hər kəsin təqibinin ciddiyyətini qəbul etmir”

“Amma biz narahatıq ki, MSŞT vətəndaş cəmiyyətinin boğulmasının və hökuməti tənqid edən hər kəsin təqibinin ciddiyyətini qəbul etmir. Bununla belə, MSŞT Azərbaycandan dörd ay ərzində qanunvericilikdə vətəndaş cəmiyyətinin fəaliyyətini iflic edən məhdudiyyətləri ləğv etməyi tələb edib”, deyə bəyanatda bildirilir.

Buna da bax:​ 19 təşkilatın hökumətdən istəyi

Bəyanatda vurğulanır ki, Azərbaycan MSŞT-nin oktyabrın 25-i və 26-da keçirilən iclası ərəfəsində bu qurumun İdarə Heyətini "sakitləşdirmək" məqsədilə bir sıra müsbət addımlar atıb. Bunun sayəsində MSŞT-dən çıxarılmaqdan çətinliklə qurtulub.

“Amma bu addımlara real irəliləyiş əlaməti kimi baxmaq olmaz. Bir çox QHT-lər və onların liderləri cinayət təhlükəsi ilə üz-üzə qalmaqdadır. Bəzi fəallar isə saxta ittihamlarla həbsdədir. Azərbaycanla bağlı qərar qəbul edildiyi gün məhkəmə 22 yaşlı fəal Qiyas İbrahimovu siyasi qrafitiyə görə saxta narkotik dövriyyəsi ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edib”, bəyanatda vurğulanır.

Prezidentin fərmanı - qeyri-ciddi və kosmetik sənəd

Sənəddə qeyd olunur ki, Azərbaycan prezidentinin bu yaxınlarda xarici donorlardan qrant alınmasının asanlaşdırılmasına yönəlmiş fərmanını ekspertlər qeyri-ciddi və kosmetik sənəd kimi qiymətləndirilib.

“Azərbaycan beynəlxalq təşkilatların vətəndaş cəmiyyətini tənzimləyən qanunvericiliyin dəyişdirilməsi və insan hüquqları sahəsində beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti haqqında çoxsaylı tövsiyələrinə məhəl qoymur”, deyə bəyanatda qeyd edilir.

Buna da bax:​ Ecclestone: Vicdanımız təmizdir

Müraciəti Article 19, Bankwatch Network, Crude Accountability, Freedom Now, Helsinki İnsan Hüquqları Fondu, İnsan Hüquqları Evləri Fondu Senzura İndeksi imzalayıb. Habelə, Helsinki Niderland Komitəsi, Norveç Helsinki Komitəsi, PEN-Amerika, Beynəlxalq PEN-klub, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı və digərləri sənədə imza atıblar.

2015-ci ilin aprelində MSŞT Azərbaycanın statusunu namizəd səviyyəsinə endirib.

Buna da bax:​ Koalisiya yığıncağa hazırlaşır

MSŞT-nin Qazaxıstanın paytaxtı Astana şəhərində oktyabrın 26-da keçirilən iclasında Azərbaycanın təşkilatdakı üzvlüyə namizəd statusu saxlanılıb. Azərbaycana vətəndaş cəmiyyəti sahəsindəki problemlərin həll edilməsindən ötrü gələn ilin mart ayınadək vaxt verilib.

Ekspertlərin fikrincə, MSŞT-də tam hüquqlu üzv statusu Azərbaycana həddindən artıq əhəmiyyətlidir. Bu, xarici investisiyalara rahat çıxış əldə etmək imkanı verir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG