Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 00:09

-

Kiyevdə Ukrayna Daxili İşlər Nazirliyinin binası qarşısında keçmiş polislərin etiraz aksiyası keçirilir.
Onlar attestasiyadan keçmədikləri üçün işlərini itirmiş polislərdir.

Etirazçılar bildirirlər ki, yenidən attestasiyadan keçirilmədə çoxlu pozuntular olub. Bəziləri isə buna qədər işdən qovulublar. Onlar gələcəkdə pensiya almaqdan da məhrum ediliblər.

Yerli media aksiyda bir neçə yüz polisin iştirak etdiyini yazır.

Ukraynanın daxili işlər naziri Arsen Avakov deyib ki, onun qərarını heç bir aksiya dəyişə bilməz:

“Ukraynadakı yeni polislər səriştəsiz və çirkaba batmış olmayacaq. Yeni polislər insanların inamını qazanmış adamlar olacaq. Başqa cür ola bilməz”.

Ukraynada polislər arasında attestasiya noyabrın 5-dən keçirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG