Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:03

Kiyevdə Moskva prospektinin adı dəyişdirilir


Rusiyanın Kiyevdəki səfirliyinin binası yerləşən küçənin də adının dəyişdirilməsi gözlənilir

Rusiyanın Kiyevdəki səfirliyinin binası yerləşən küçənin də adının dəyişdirilməsi gözlənilir

-

Kiyevdə Moskva prospektinin adı dəyişdirilir. Kiyev Dövlət Şəhər Adminstrasiyası yanında komissiya Ukrayna Milli Yaddaş İnstitutunun Moskva prospektinin adının Stepan Banderlə əvəzlənməsi təklifini dəstəkləyib.

Bu barədə institutun direktoru Vladimir Vyatrovic öz Facebook səhifəsində yazıb.

Stepan Bander Ukrayna millətçiliyinin əsas ideoloqlarından biri olub və SSRİ dağılandan sonra onun adı Ukrayna dövlətinin müstəqilliyi uğrunda mübarizənin simvoluna çevrilib.

Rusiyada onun fəaliyyətinə mənfi münasibət var. Onu faşizmdə, terrorizmdə və radikal millətçilikdə günahlandırıblar.

UKRAYNADA SOVETDƏN QALMA KÜÇƏ ADLARI DƏYİŞDİRİLİR

Tyacevski rayonun Kalina kəndində Lenin küçəsi tanınmış musiqiçi və müğənni Lennon-un adı ilə əvəzlənib. Bu barədə Zakarpat vilayət adminstrasiyasının rəhbəri Gennadi Moskal martın 2-də öz saytında yazıb.

O bildirib ki, yerli rəhbərlik göstərilən müddət ərzində küçə adlarını dəyişdirə bilmədiyindən, bu səlahiyyət ona keçib.

Moskal bəzi küçələrin adları yerli sakinlərin məsləhəti əsasında, bəzilərinin, məsələn, Leninin Lennon olması - onun öz təşəbbüsü ilə dəyişdirilib.

“RUSİYA SƏFİRLİYİNİN YERLƏŞDİYİ KÜÇƏ BORİS NEMTSOV ADLANDIRILSIN”

Boris Nemtsov, Rusiyada qətlə yetirilən müxalifətçi

Boris Nemtsov, Rusiyada qətlə yetirilən müxalifətçi

Banderin adının küçələrdən birinə verilməsi ideyası 2014-cü ilin iyununda “dekommunizasiya” çərçivəsində səslənib. Kiyev Mədəniyyət və Turizm Komissiyasının rəhbəri İqor Luçenko təklif edib ki, Rusiya səfirliyinin yerləşdiyi Vozduxoflotski prospektinin adı Banderin şərəfinə adlandırılsın. Həmin il sentyabrında mer Vitali Kliçko həmin küçəyə bir il əvvəl qətlə yetirilən rus müxalifət liderlərindən biri - Boris Nemtsovun adının verilməsini, Banderin adı üçün başqa küçə seçilməsini təklif etmişdi.

2015-ci ilin aprelində Ukrayna parlamenti “kommunizimsizləşdirmə” haqqında qanun paketi qəbul edib. Qanuna görə, ölkədə kommunist partiyasının simvollarından istifadə qadağandır, həmçinin, Sovet dövrü və partiya rəhbərliyi ilə bağlı olan adların da dəyişdirilməsi tələb olunur.

XS
SM
MD
LG