Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 05:29

Tbilisidə qızğın Azərbaycan müzakirələri. Hökumətyönlülərin etirazı


Konfransda nümayiş edilən karikatura

Konfransda nümayiş edilən karikatura

►Media konfransında diqqət Azərbaycanadır

Mehman Əliyev: Zorakılıq azalıb, çünki, hökumət KİV-ləri ələ alıb

Prezident Administrasiyasının təmsilçisi Kamran Həsənli: "Burda qərəz var"

İyulun 6-da Gürcüstan paytaxtı Tbilisidə “KİV-də söz və ifadə azadlığında müxtəlif çağırışlar” adlı XIII Cənubi-Qafqaz media konfransı başlayıb.

ATƏT-in təşkil etdiyi konfransın iştirakçıları təhlükəsizlik, münaqişə zonalarında və təbliğat qarşıdurmasında jurnalistika standartlarına eməl edilməsi məsələlərini müzakirə edirlər. Mövzu ətrafında tövsiyələr irəli sürülür.

Konfransın ilk günündə əsas müzakirələr Azərbaycanda söz və media sahəsində vəziyyət ilə bağlı olub.

Diffamasiyanı kriminallaşmış saxlayan yeganə ölkə - Azərbaycan

Britaniya Universiteti KİV AzadlığıMərkəzinin direktoru Şeffild Ulyarm Xorslinin deyib ki, Azərbaycan jurnalistlərin həbsdə olduğu, diffamasiyanın kriminallaşdığı yeganə ölkə olaraq qalır.

Ekspert Azərbaycanda həbsdə olan jurnalistlərdən, onlara fiziki, psixoloji basqı hallarından danışıb.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev bildirib ki, 2005-ci ildən başlayaraq jurnalistlərin diffamasiyaya görə, təqib olunması halları artıb.

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

Məhkəmə işlərində azalma var...

Konrfranda qeyd edilib ki, bu hallar 2007-ci ildə yüksək həddə çatıb. Məhkəmələrə jurnalistlərə qarşı 107 şikayət verilib. Bunun 37-i cinayət işinə keçib. Sonradan kəskin azalma müşahidə edilib. Lakin xuliqanlıq, narkomanlıq və s. kimi ittihamlar üzrə həbslərin artması qeydə alınıb.

Zorakılıq azalıb, çünki, hökumət KİV-ləri ələ alıb

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev deyib ki, 2007-ci ildən jurnalistlərə qarşı fiziki və məhkəmə zorakılığı ilə bağlı statistika azalıb. Ancaq onun fikrincə bu, KİV-in iqtisadi müstəqilliyinin məhv edilməsi, neft gəlirlərinin və özünüsenzuranın səviyyəsinin artması şəraitində mümkün olub. Mehman Əliyev vurğulayıb ki, Azərbaycanda əksər KİV-ləri hakimiyyət ələ alıb. ​

Jurnalistlər ölkəni tərk edir…

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri, hazırda mühacirətdə olan Emin Hüseynov da çıxışında jurnalistlərin ölümündə, onların peşə fəaliyyətinə görə, təqib olunmasında hakimiyyəti ittiham edib. Həbs təhlükəsi ilə üzləşdikdən sonra ölkədən gedən E.Hüseynovun sözlərinə görə, Azərbaycanda zorakılıq artıb. O, qeyd edib ki, buna görə də, jurnalistlərin çoxu ölkədən getməyə və öz fəaliyyətini xaricdə davam etdirməyə məcburdur.

Hökumətyönlülərin etirazı

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Kamran Həsənov və ona qoşulan digər hökumətyönlü konfrans iştirakçıları səslənən bu fikirlərə narazılıqlarını bildiriblər.

Onlar səslənən rəyləri qərəzli və əsassız adlandırıblar.

“Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynovun burada danışdıqları qərəzli və əsassızdır”, - K.Həsənov qeyd edib.

Azərbaycandakı durumu hamı bilir...

Tədbirin moderatoru, tanınmış ekspert Andrey Rixter isə hökumət nümayəndələrini bir neçə çıxışa görə, narahat olmamağa çağırıb.

“Azərbaycanda jurnalistlərin həbsi, basqılar, söz azadlığı mühitinin dözülməzliyi yalnız burdakı bir neçə çıxışda söylənmir. Belə durumun mövcudluğunu bütün beynəlxalq təşkilatlar qeyd edirlər. Odur ki, mən hökumət nümayəndələrinin yanaşmasını anlamıram”, A.Rixter vurğulayıb.

Mübahisələr davam etdiyindən ATƏT-in media azadlığı ofisinin rəhbəri Dunya Miyatoviç müzakirələrə müdaxilə edib. O, gərginliyin aradan qaldırılmasından ötrü Azərbaycan nümayəndələrini eyni xarakterli problemlərin olduğu digər Cənubi Qafqaz ölkələrində vəziyyətin müzakirəsinə imkan yaratmağa çağırıb.
Konfrans sabah bşa çatacaq.

Buna da bax: "Xarici borc sürətlə artır"

Günün bütün mövzuları

XS
SM
MD
LG