Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

Milli Məclisin mədəniyyət komitəsi noyabrın 1-də keçirilən müzakirələri kinoya həsr edib.

Müzakirələrdə yeni hazırlanmış “Kinematoqrafiya haqqında” qanun layihəsi nəzərdən keçirilib.

Report-un xəbərinə görə, layihəni komitə sədri Rafael Hüseynov təqdim edib. O, hazırda qüvvədə olan qanunun yenilənməsinə gərək olduğunu bildirib.

Buna da bax:​ Solçu dünyanın sonuncu böyük rejissoru haqda nə bilirik

Film komissiyaları yaradılır

Yeni qanun layihəsində kinematoqrafiya sahəsində film komissiyaları yaradılması nəzərdə tutulur. Komissiyalar Azərbaycanda audiovizual əsərlərin və filmlərin istehsalına dəstək göstərən publik hüquqi şəxslər olacaq.

Film komissiyaları "bir pəncərə" prinsipi (qeydiyyat sisteminin asanlaşması) əsasında işə başlayacaq və müraciət edən prodüserə audiovizual əsərlərin, filmlərin istehsalına xidmətlər təqdim edəcək.

Buna da bax:​ Bu filmdə "böyük qardaş" Rusiyaya mesaj var

Kinoya güzəştli kreditlər

Qanun layihəsində kinematoqrafiya sahəsinə güzəştli kreditlərin verilməsi də nəzərdə tutulur. Kredit məsələsini müvafiq icra hakimiyyəti orqanı müəyyən edəcək.

Qanun qəbul edilərsə, ölkə ərazisində fəaliyyət göstərən kinozallardan, kinoteatrlardan aztəminatlı əhalinin, əlillərin, sağlamlığında problemlər olan 18 yaşınadək uşaqların və müharibə iştirakçılarının güzəştli istifadə etmələrinə şərait yaradılacaq.

Buna da bax:​ Azərbaycanda ssenaristlərin "boynunu vuran" kimdi?

Kino avadanlıqlarının idxalının rüsumdan azad edilməsi

Parlamentin mədəniyyət komitəsi kinoya aid texnoloji avadanlığının idxalı ilə bağlı rüsum məsələsini də müzakirə edib. Deputatlar belə avadanlıqların gətirilməsinə görə, rüsumun 3 il müddətinə ləğv olunmasını təklif ediblər.

Qərara alınıb ki, bununla bağlı “Gömrük tarifi haqqında” qanuna əlavələr edilsin. Təklifə əsasən, adıçəkilən qanuna kino qurğularının idxalı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə rüsumlardan azad ediləcək.

Adıçəkilən qanun layihələri ilə bağlı təkliflər parlamentin plenar iclasına tövsiyə edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG