Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:16

-

Mayın 7-də Pakistanın Karaçi şəhərində hüquq müdafiəçisi öldürülüb. Yerli polis bildirir ki, Khurram Zaki yol qırağındakı restoranda dostu ilə nahar edərkən naməlum şəxslər onlara hücum ediblər.

Hüquq müdafiəçisi ölüb, onun dostu və bir şahid ağır yaralanıb. Hücumun arxasında kimin dayandığı, hələ ki, məlum deyil.

Keçmiş jurnalist olan Zaki “Gəlin, Pakistanı quraq” adlı veb saytın və Facebook səhifəsinin redaktoru idi. Bu portalda o, liberal dini görüşlərin yayılmasını və bütün formalarda ekstremist baxışları tənqid edirdi.

Zaki İslamabadda İslam ektremistlərinin istehkamı sayılan Lal və ya Qırmızı məscidin imamı Abdul Aziz-ə qarşı kapmaniyanın aparıcılarından sayılırdı.

Onlar imamı ölkənin şiə azlığına qarşı sərt, bəzən onların ölümünə bais hücumlara rəvac verməkdə ittiham edirdilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG