Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:44

Vyanada Suriya düyünü müzakirə edilir


Foto arxiv
Foto arxiv

Vyanada Suriya münaqişəsi müzakirə olunur.

Danışıqlarda ilk dəfədir ki. Bashar Assadın müttəfiqi İran da iştirak edir.

Oktyabrın 29-da Vyanada İranın xarici işlər naziri Javad Zarifin ABŞ Dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrovla ayrıca görüş olub.

Kerry bundan sonra Sergei Lavrov, Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə görüşüb.

Moskva ilə Tehran təkid edir ki, Suriya prezidenti Bashar Assad istənilən keçid hökumətinin tərkibi olmalıdır.

ABŞ, qərb və ərəb ölkələri isə hesab edirlər ki, Bashar Assad getməlidir.

Kerry oktyabrın 30-da Vyanada jurnalistlərə görüşə ümidlə yanaşdığını deyib.

ABŞ Dövlət Departamentinin məlumatına görə Vaşinqton Rusiya ilə İranın bu məsələdə beynəlxalq aləmlə əməkdaşlığa nə dərəcədə hazır olmasını bilmək istəyir.

Vaşinqton hesab edir ki, Moskva ilə Tehran Bashar Assadı başa salmalıdılar ki, istənilən keçid hökumətində o olmamalı, hakimiyyətdən getməlidir.

Kerry oktyabrın 30-da Vyanada jurnalistlərə danışıqlarda irəliləyiş olacağına ümidlə yanaşdığını, amma bunun çox çətin olacağını vurğulayıb.

Danışıqlarda ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Almaniya,İtaliya,İran, İraq,Misir,Livan, Qətər, Səudiyyə Ərəbistanı və İordaniyanın nümayəndələri iştirak edir.

Sammitə Avropa Birliyinin xarici siyasət məsələləri üzrə rəsmisi Federica Mogherini vəBMT-nin Suriya üzrə elçisi Staffan de Mistura da qoşulub.

Amma Suriyanın əsas siyasi müxalifət bloku sammitdə təmsil olunmur.

Suriya müxalifəti İranın bu sammitdə iştirakına qarşıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG