Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 14:38

John Kerry “Avropanı barışdırmağa” gəlib


Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini və ABŞ dövlət katibi John Kerry arasında danışıqlar olacaq

Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini və ABŞ dövlət katibi John Kerry arasında danışıqlar olacaq

İtaliyada etdiyi çıxışda ABŞ dövlət katibi deyib ki, Britaniya və Avropa İttifaqı arasında iqtisadi-siyasi əlaqələr qırılmamalıdır.

ABŞ dövlət katibi John Kerry Britaniya referendumunda Avropa İttifaqından çıxmaq qərarının ardınca bazar günü Romaya gəlib.

İtaliyanın xarici işlər naziri Paolo Gentiloni ilə görüşdən əvvəl jurnalistlərin suallarına cavab verən ABŞ dövlət katibi deyib ki, Birləşmiş Ştatlar Britaniyanı referendumunun nəticəsindən məyusluq keçirir, lakin Vaşinqton yeni vəziyyətə “sağlam düşüncəli” keçid istiqamətində Avropa İttifaqı ilə işləyəcək.

Xəbər verilir ki, Romadan Brüsselə gəlməli olan Kerry burada Avropa İttifaqının xarici işlər komissarı Federica Mogherini ilə görüşəcək.

Dövlət katibi yaranmış vəziyyəti ABŞ-ın Britaniya ilə “xüsusi münasibətləri” və Avropa İttifaqı ilə müttəfiqliyi əsasında təhlil edəcək

Bunun ardınca cənab Kerry-nin Londonda Britaniyanın xarici işlər naziri Philip Hammondla danışıqlar aparacağı bildirlib.

Dövlət Departamentinin sözçüsü John Kirby deyib ki, dövlət katibi yaranmış vəziyyəti ABŞ-ın Britaniya ilə “xüsusi münasibətləri” və Avropa İttifaqı ilə müttəfiqliyi əsasında təhlil edəcək.

Təhlilçilər bildirirlər ki, referendumdan sonra Avropa liderlərinin Londona münasibətində yekdillik yoxdur və belə görünür, dövlət katibi bu fikir ixtilaflarının yoluna qoyulmasına köməklik göstərəcək.

Fransa prezidenti Francois Hollande və Avropa Komissiyasının başçısı Juncker Londonun ittifaqı dərhal tərk etməsini tələb ediblər.

Lakin Britaniya Avropa İttifaqından çıxmağa tələsmir.

Bundan əvvəl Almaniya kansleri Angela Merkel Londonu ittifaqdan getmək məsələsində “divara dirəməməyə” çağırıb.

Kansler hətta Francois Hollandla bu barədə telefon söhbətində olub.

İtaliyada etdiyi çıxışda John Kerry deyib ki, Britaniya və Avropa İttifaqı arasında iqtisadi-siyasi əlaqələr qırılmamalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG