Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:16

Elmar Vəliyevin 'Neftçi'nin rəsmilərini polislə qovdurduğu deyilir


Gəncə İcra Hakimiyyəti başçısı Elmar Vəliyev

Gəncə İcra Hakimiyyəti başçısı Elmar Vəliyev

”Kəpəz”in qolunu alqışlamadıqlarına görə...

Futbol üzrə Azərbaycan çempionatının 13-cü turu çərçivəsində noyabrın 27-də Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Neftçi” oyununda xoşagəlməz olay baş verdiyi bildirilir.

Verilən xəbərlərə görə, oyunun birinci hissəsində “Neftçi”nin rəsmiləri və futbolçularını VİP lojadan çıxarıblar.

“Neftçi” klubu özünün Facebook səhifəsində bununla bağlı bəyanat yayıb.

Buna da bax:​ Azarkeşi vuran futbolçu 'Neftçi' də oynamayacaq

Bəyanatda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev günahlandırılır.

“Lojadan uzaqlaşdırılmaya səbəbi Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin “Neftçi” PFK nümayəndələrinin yerli komandanı alqışlaması barədə tələbi olub. Təbii olaraq “Neftçi” nümayəndələri “Kəpəz” klubunu dəstəkləməkdən imtina ediblər. Belə olan halda, asayişi qorumalı olan polis əməkdaşlarına klubumuzun nümayəndələrini məcburi surətdə VİP-lojadan kənarlaşdırmaq göstərişi verilib”.

Bəyanatda vurğulanır ki, “Neftçi”nin nümayəndələri oyunu azarkeşlərdən ötrü ayrılmış sektordan izləməli olublar.

Buna da bax: Komanda özü uduzanda... [video]

Klub xatırladır ki, bu davranış Azərbaycan çempionatının və Azərbaycan Kuboku uğrunda yarışların əsasnaməsinin pozuntusudur. Əsasnaməyə görə, qonaq komandaların rəhbərləri və oyunçularına VİP sektorlarda yerlərin ayrılması ev sahibi komandaların vəzifəsidir.

“Neftçi” gələcək oyunlarda oxşar halların yaşanmamasından ötrü zəruri addımların atılmasını tələb edir.

Buna da bax:​ 'Neftçi'də gizli ödənişlər, qohumbazlıq ittihamları yağır

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və adı keçən Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyev bəyanatla bağlı hər hansı açıqlama verməyiblər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG