Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 14:16

Basqal İsmayıllının kəndidir. Gözdən, könüldən uzaq əksər kəndlər kimi bu yaşayış məkanı da problemlər içərisində əzilir. Əhalisinin sayı 1500 nəfəri ötən dağlıq kənddə yol, tibb məntəqəsi, bankomat yoxluğu və başqa çatışmazlıqlar sakinləri yorub. Basqallılar AzadlıqRadiosu-na bu «yoxlarla» bərabər yaşamaqdan yorulduqlarını dilə gətirirlər.

«BASQALLILAR HAVAYLA DOLANIR»

Basqal İsmayıllının kəndidir. Gözdən, könüldən uzaq əksər kəndlər kimi bu yaşayış məkanı da problemlər içərisində əzilir.

«Vaxtilə hər şeyimiz vardı. Klubumuz, tibb məntəqəmiz, şüşə kimi olmasa da, işimizə yarayan yolumuz... Heç nədən korluq çəkməzdik. Bu kənddə aptek də yoxdur. Başağrısı dərmanına görə rayon mərkəzinə gedib gəlirik», basqallı Ramil Novruzov kənddə çatışmayanlardan söz açır.

Buna da bax:​ Tovuzun Qovlar şəhəri və kəndləri 3 gündür elektriksiz qalıb

Kənd sakini Mərcan Quliyeva vaxtilə rayon mərkəzində əziyyətlə axtarıb tapdığı işi kənd yoluna görə itirməsindən danışır. Deyir, yolun bərbadlığı, nəqliyyatın işləməməsi onu vadar edib ki, rayon mərkəzindəki özü demiş, «gül kimi işini buraxıb» yaxınlıqdakı kənddə bir imkanlı ailənin pal-paltarını yumaqla başını saxlasın:

Vaxtilə rayon mərkəzində əziyyətlə axtarıb tapdığı işi kənd yoluna görə itirdi...

«Əziyyətimiz çoxdur. Nə deyim... Ürəkaçan heç nə yoxdur. Bircə havası təmizdir, (telefon xəttinin o başında şaqqanaq çəkir), vallah hə, bu kənddə təmiz havadan başqa heç nə yoxdu... Elə belə də yazın – basqallılar havayla dolanır. Məmurlara rayon mərkəzində tikdirdikləri Saat meydanı vacibdir, bizi neynirlər ki...» (gülür, telefon əlaqəsini kəsir).

«40 KİLOMETR MƏSAFƏ VAR»

Kəndin ən başlıca problemlərindən biri işsizlikdir.

Qışda istilik, yayda su qıtlığı olur. Kəndlilər bu vəziyyətə alışdıqlarını deyirlər.

Kəndlilər gözəl və qayğısız günlərin dadını Sovet hakimiyyəti dağılanadək çıxarıblar. Hər halda, kənd ağsaqqallarından İmran dayı hər cümləsinin əvvəlində də, axırında da bunu xatırladır.

Buna da bax:​ 'Zəlzələdən zərər çəkməyənlərə ev tikirlər, biz qalmışıq kənarda'

Sakinlər deyirlər, Basqalla rayon mərkəzi arasında 40 kilometr məsafə var. Vay o gündən ki, kənddə yanğın baş verə, yaxud kiminsə halı qəfil pisləşə... Rayon mərkəzindən yardım gəlincə, alışan ev külə dönər, halı pisləşən keçinər.

Kənddəki uşaq bağçası, məktəb tələblərə cavab vermir.

PREZİDENTƏ DƏ YAZIBLAR

Kənd sakinləri sözü bir yerə qoyub vəziyyətdən ölkə başçısına da yazıblar.

Kəndin ən başlıca problemlərindən biri işsizlikdir. Paytaxta iş axtarmağa gedən gənclərsə son vaxtlar, İmran dayı demiş, «kəndə əlləri ətəyindən uzun qayıdırlar».

Kənd sakinləri sözü bir yerə qoyub vəziyyətdən ölkə başçısına da yazıblar.

Buna da bax:​ Qar cənub bölgəsindəki həyatı “dondurub”

İsmayıllı rayon icra hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, son 1 ildə regionların iqtisadi inkişafı proqramı çərçivəsində rayonun kəndiçi və kəndlərarası yollarında təmir işləri aparılıb. Qaz, su xətlərinin çəkilişləri davam etdirilib. Kənd məktəbləri abadlaşdırılıb:

«Bu abadlıq, inkişaf bütün kəndlər üçün nəzərdə tutulub. Ancaq bu irimiqyaslı işləri görmək vaxt tələb edir».

Günün bütün mövzuları

XS
SM
MD
LG