Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:02

Hökumət kənddən umduğunu ala bilmir


Illüstrasiya
Illüstrasiya

►Aqrar sektorda çalışan 1,7 milyon nəfər ÜDM-in formalaşmasında cəmi 5 faizlik pay sahibdir

Deputat Əli Məsimliyə görə, mövcud potensial fonunda kənd təsərrüfatının indiki inkişaf səviyyəsi qənaətbəxş deyil

Neft ucuzlaşandan bəri Azərbaycan hökuməti neftdənkənar sektora diqqəti artırmaq məcburiyyətində qaldı. Bu baxımdan aqrar sektor da ümid oyadan sahələrdən sayılırdı. Ancaq kənd təsərrüfatı, hələlik, arzulanan nəticədən uzaq görünür.

Azərbaycan əhalisinin 1,7 milyon nəfəri və ya məşğul əhalinin 37 faizə yaxını aqrar sektorda çalışsa da, Ümumi Daxili Məhsulun (ÜDM-in) formalaşmasında onların payı çox azdır. Bu bir yana, başlıca ərzaq məhsulları xaricdən gətirilir və üstəlik, ixracatda da aqrar sektorun payı cüzidir.

Adambaşına gündə 1 manat 60 qəpiklik məhsul?

Milli Məclisin deputatı Əli Məsimli deyir ki, aqrar sahədə torpaqlardan istifadənin səviyyəsi, əmək məhsuldarlığı, ixrac göstəriciləri potensial imkanlardan xeyli geridir:

“Ötən il kənd təsərrüfatı istehsalının artım tempi 7 faizə yaxın olmaqla, 5,6 milyard manatlıq məhsul istehsal edilib. Bu ilin ortalarına da 6 faiz artım var. Aqrar sahədə artım tempi yetərincə yüksək olsa da, hələlik, adambaşına ildə 581 manatlıq, ayda 48 manatlıq, gündə 1,6 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunur. Bu da Azərbaycan üçün çox mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən bir sahədə əmək məhsuldarlığının və istehsalının nə qədər aşağı olduğunun gözgörəsi nümunəsidir”.

____________________________________________________________

Bunlara da bax:
Cəbhəçi gəncin cəzası azaldıldı (Yenilənib)
5-10 avro üçün fahişəliyə məcbur olan miqrantlar- [video]

____________________________________________________________

Deputatın fikrincə, mövcud potensial fonunda kənd təsərrüfatının indiki inkişaf səviyyəsi qənaətbəxş deyil:

“Aqrar sahədə yetərincə yüksəktempli artım olsa da, bu hələ kəndlərin ölkəmizin potensial imkanlarına layiq sosial-iqtisadi inkişafına gətirib çıxarmayıb. Aqrar sahənin timsalında iqtisadiyyatda çalışanların 37 faizi ölkə ÜDM-nin cəmi 5 faizini yaradır”.

Mövcud durumun səbəbləri

Bunun səbəblərinə toxunan Ə.Məsimli aşağıdakı problemlərə ayırca yer verir:

1.Ölkənin əkin sahələrindən və kənd təsərrüfatı üçün yararlı torpaqlarından yetərincə səmərəli istifadə edilmir;

2. Əksər fermer təsərrüfatlarının torpağı az olduğundan yüksək nəticələr qazanmaq, geniş təkrar istehsal qurmaq və gəlir əldə əldə etmək üçün ixracata işləmək imkanları məhduddur;

3.Kənd təsərrüfatında çalışanların xeyli hissəsinin gəlirləri aşağıdır, maddı və maliyyə resursları məhdud olduğundan, istehsalı genişləndirməkdən ötrü yetərli deyil;

4. Kənd təsərrüfatına investisiya tələbatı səviyyəsində sərmayə qoyulmur və bu sahəyə yönəldilən vəsaitdən səmərəli istifadə edilmir;

5.Kənd təsərrüfatında irəli texnika, texnologiya və istehsal mədəniyyətindən istifadənin tətbiq dərəcəsi qənaətbəxş deyil və bu səbəbdən əmək məhsuldarlığı və istehsalın səmərəsi çox aşağıdır.

“Güclü Aqrar-Sənaye Bankı yaradılmalıdır”

Ə.Məsimli sektorun inkişafı ilə bağlı təkliflər paketinin olduğunu bildirir. O, bəzi təkliflərini AzadlıqRadiosu ilə bölüşüb.

Deputatın sözlərinə görə, Azərbaycanda ilk növbədə güclü Aqrar-Sənaye Komplekslərinin yaradılması üzrə üzunmüddətli strategiya hazırlanmalıdır.

Bundan başqa sahibkarlara maneə olan problemlər həllini tapmalıdır:

“Meliorasiya və su təsərrüfatının fəaliyyəti səmərəli qurulmalıdır. Sektora yönəldilən dövlət vəsaitindən öz təyinatına görə istifadə olunmalıdır. Fermerlərin qarşılaşdığı süni maneələrin aradan qaldırılması, onlara həvəsləndirici qiymət, maliyyə-kredit, dövlət dəstəyi, sığorta və s. kimi məsələlərin həllinə yönəlik işlək mexanizm hazırlanıb həyata keçirilməlidir”.

Ə.Məsimli valyuta ehtiyatlarının cüzi bir hissəsini və digər sərfəli maliyyə resurslarını cəlb etməklə güclü Aqrar-Sənaye Bankı yaradılmasını da təklif edir:

“Bu, kənd təsərrüfatının əlverişli şərtlərlə kreditləşməsinə təminat verəcək”.

Buna da bax: Azərbaycan kəndlisi niyə varlana bilmir?

Azərbaycan kəndlisi niyə varlana bilmir?
Gözlə

No media source currently available

0:00 0:13:57 0:00

DİNLƏ: Günün əsas hadisələri Azadlıq Radiosunda - 22 iyun

Rusiya doğrudan da Qarabağ problemini həll etmək istəsə, Azərbaycana nə qayrarıla, əvəzində Rusiya nə istəyə bilər?
Günün əsas hadisələri Azadlıq Radiosunda - 22 iyun
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında - 22 iyun

Z.Əlizadə:"Münaqişə danışıqla həll olunmayacaq"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG