Keçid linkləri

2016, 01 Oktyabr, şənbə, Bakı vaxtı 11:01

Oktyabrın 15-də Bakıda ilk dəfə «Keloğlan Masalları» (Kəloğlan nağılları) müziklı göstəriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən AzadlıqRadiosuna verilən xəbərə görə, müzikl yalnız bir gün və iki seansda – saat 12 və 15-də göstəriləcək. Biletlər 8 manatdan başlayır.

Nazirliyin fikrincə, interaktiv müzikl-tamaşa mahnı və rəqsləri, qəhrəmanları və həyəcanlandırıcı mövzularıyla həm uşaqlara, həm də böyüklərə möhtəşəm əyləncə yaşadacaq.

Biletləri şəhərin kassalarından və ASAN Xidmət mərkəzlərindən əldə etmək olar.

Türk nağıllarının ən ünlü qəhrəmanlarından sayılan Keloğlan ağlı, hiyləgərliyi, məzəli hoqqaları, hazırcavablığı və daz başı - keçəlliyi ilə tanınır. Keloğlan nağılları türk və Altay əsatirlərinin ortaq mirasıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG