Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:36

-
2000-ci il Rusiya prezidenti Vladimir Putin-in hakimiyyətə gəlişindən sonra müasir Rusiyada Sovet dövrünün izləri yenidən görünməyə başlayıb. AzadlıqRadiosu keçmiş Sovetin müasir Rusiyadakı yeddi izinə nəzər salıb:

QIRMIZI ULDUZ, SOVET MİLLİ HİMNİ, SOVET MÜKAFATLARI...

Josef Stalin Sovet vətəndaşlarının naliyyətlərini dəyərləndirmək məqsədilə 1927-ci ildə Sosialist Əmək Qəhrəmanı mükafatını yaratmışdı. Bu mükafatın verilməsi 1991-ci ildə dayandırıldı. Amma Putin Əmək Qəhrəmanı mükafatını və onu müşayiət edən döş nişanlarını 2013-cü ilin martında geri qaytardı. Həmin ilin 1 May tədbirində o, teatr rəhbəri, neyrocərrah, şaxtaçı və digər bir neçə nəfəri Əmək Qəhrəmanı mükafatı ilə təltif etdi. Bu, Putinin Sovet milli himnini və Sovet təntənəli hərbi paradlarını artıq 2000-ci ildə bərpa etməsindən sonraya təsadüf edirdi. 2002-ci ildə isə Putin Sovetin məşhur qırmızı ulduzunu Rusiya ordusunun emblemi elan etdi. Rusiyanın o vaxtki müdafiə naziri Sergei Ivanov dedi ki, qırmızı ulduz “hər bir hərbi xidmətçi üçün müqəddəsdir”.

XARİCİ HƏRBİ MÜDAXİLƏ...

2008-ci ildə Rusiya Gürcüstanın “bostanına daş atdı”. Bu, Sovet İttifaqının dağılmasından sonra Kremlin xarici bir ölkəyə ilk hərbi qüvvə yeritməsi idi. Rusiya hərbçilərinin Ukraynanın Donbas regionuna (Rusiya bu faktı inkar etsə də) hərbi müdaxiləsi də Moskvanın xaricə hərbi müdaxiləsinin son nümunələrindəndir.

Rusiyanın keçmiş Sovet İttifaqından sonra Əfqanıstandan başlayan ən böyük hərbi müdaxiləsi isə hazırda Suriyaya ağır silahar, müasir qırıcı təyyarələr, helikopterlər, hərbi dəniz piyadalarının da iştirakı ilə hərbi qüvvə yeritməsidir.

BEYNƏLXALQ ALƏMDƏN TƏCRİD, KUBA İLƏ SIX ƏLAQƏ...

2014-cü ildə Kremlin Krımı ilhaq etməsindən sonra Rusiya Sovetlər dövründə Qərb dünyasından təcrid olunma səviyyəsinə yaxınlaşmağa başladı. Rusiya Səkkizlər Qrupundan (G8) kənarda qaldı və 30-dan çox Avropa ölkəsinin, Birləşmiş Ştatların, Avstraliya, Yeni Zenlandiya, Yaponiya və Kanadanın sanksiyaları ilə üzləşdi.

Hətta Moskvanın başında durduğu keçmiş sovet ölkələrinin ittifaqı olan MDB ilə də münasibərlər yaxşı deyil və getdikcə daha da pisləşir. Gürcüstan bu birliyi 2009-cu ildə tərk etdi, ötən həftə birliyin Qazaxstanda keçirilən sammitində isə Ukrayna görünmədi. Türkmənistan və Moldova nümayəndə göndərməklə kifayətləndi.

DİKTATOR VƏ AVTORİTAR REJİM...

Qazaxstan, Astana sammitindən sonra

Qazaxstan, Astana sammitindən sonra

İndi Moskvanın dostları sırasında diktatorlar və avtoritar rejimlər yer alır: Şimali Koreya, Çin, Vetnam, Qazaxstan, Tacikstan, Belarus, İran, Suriya, Venesuela, Nikaraqua, Kuba və Zimbabve.

Rusiyanın Kuba ilə əlaqələri xüsusilə artan xətt üzrə irəliləyir. “Perestroyka” illərində və sonradan 1991-ci ildə Sovet İttifaqının tam süqutundan sonra əlaqələr, demək olar ki, tamamilə kəsilmişdi. Son illər Rusiya bu münasibətlərin hətta Gorbachev-dan da əvvəlki illərdə belə görünməmiş səviyyəyə qaldırılması üçün xeyli əmək sərf edib. Son illərdə Rusiyanın xarici işlər naziri Sergei Lavrov dəfələrlə Kuba rəsmiləri ilə görüşüb. Moskva hətta oktyabrın 17-də Havanaya elektrik stansiyalarının təmiri üçün 1,32 milyard dollar həcmində kredit də ayırıb.

QAPALI ŞƏHƏR...

1991-ci ildə Sovet İttifaqı dağılandan sonra bu illər ərzində qapalı olan onlarla şəhər açıldı və ya orada olan sərt rejim yüngülləşdirildi. Söhbət əsasən hərbi obyektlərin yerləşdiyi şəhərlərdən gedir. Amma 1990-larda “açılan” bu şəhərlərin əksəriyyəti indi yenə qapalıdır.

Rusiyaya qarşı qərbin sanksiyaları həm də bəzi ərzaq məhsullarının, məsələn, xüsusi Fransanın Camembert and Roquefort, Hollandiyanın Gouda və İtaliyanın mozzarella pendirlərinin də ölkəyə daxil olmasına mane oldu. Hətta Twitter-də belə bir satirik şəkil də məşhurdur: ruslar qarşılarında öz evdə düzəldilmə pendirləri ilə məyus halda oturublar.

Ərzaq çatışmazlığı Sovet dönəmində adi hala çevrilmişdi və müasir Rusiya bu çatışmazlıqları çoxdan idi ki, unutmuşdu. Amma Rusiyanın Ukrayna böhranındakı roluna görə 40-a yaxın ölkənin həm də ərzaq qadağası tətbiq etməsi rusları yenidən öz sevimli ərzaqlarından imtinaya, hətta bəzilərini ölkəyə qeyri-qanuni yollarla ərzaq gətirməyə məcbur etdi.

LENİN, STALİN, DZERZHİNSKY...

Boris Yeltsinin prezidentliyi dönəmində belə bir söhbət gəzirdi ki, Sovet İttifaqının qurucusu Vladimir Leninin cənazəsi Qırmızı Meydandakı Mavzoleydən götürülüb və dəfn olunub. Son illər bu cür söz-söhbətlər unudulub. Indi Leninin bütün heykələri xüsusi qorunur.

Ural dağ şəhərində Qulaq muzeyinin əsaslı təmiri Sovetlər dönəminin qəddar əmək lagerlərinin geniş şəbəkəsinin də unudulmadığını göstərdi.
Birləşmiş Ştatlara qarşı nifrət – bu hiss qarşılıqlı olmağa başlayır
Rusdilli internet portallarında Amerika prezidenti Barack Obama və ümumiyyətlə Birləşmiş Ştatlara antipatiya getdikcə daha da artır.
The Wall Street Journal/NBC-nin də oktyabrın 20-də keçirdiyi sorğu da göstərib ki, rəyi soruşulan amerikalıların 74 faizi inanır ki, Rusiya onlar üçün ya “yaxın zaman” ya da “uzaq dövr”də hərbi təhlükədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG