Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:34

İranda Həcc etirazı: "Səudiyyə Allahın yolunu bağlayıb"


Kəbə ziyarəti
Kəbə ziyarəti

Tehranda, minlərlə adam Səudiyyə Ərəbistanının Həcc ziyarətini təşkil etməsinə qarşı nümayiş keçirib.

Bu il Səudiyyə Ərəbistanı 64 min İran zəvvarına yer ayırdığını elan etsə də, İran Məkkəyə zəvvar göndərməyib- İran hesab edir ki, Səudiyyə Ərəbistanı təhlükəsizlik qaydalarına yaxşı əməl etmir. Belə ki, keçən il Məkkədəki qəzada 2300 zəvvar həlak olmuşdu.

İranlılar sentyabrın 9-da keçirdikləri nümayişdə Səudiyyə Kralı Salmanı şəklini qaldırıblar- şəkildə onun başı ABŞ bayrağına bükülüb, onun köynəyinin üstünə İsrail bayrağının üstündəki işarəni xatırladan mavi David nişanı əks olunub.

"Səudiyyə Allaha aparan yolu bağlayıb və bu cinayət cəzalanmalıdır", nümayişçilərdən biri deyib.

Nümayişçi Habibullah Abulfazli deyib ki, onların Səaudiyyə xalqı ilə problemi yoxdur: "Amma Al-Saud ailəsi Böyük Britaniya və ABŞ-ın oyuncağıdır. Onlar şiələr və bütün müsəlmanlara qarşı gizli müharibə aparırlar".

İranlılar bütün müsəlmanlara səslənib, 2300 zəvvarın ölümünə görə Səudiyyəni cəzalandırmağa çağırıblar.

Həmin hadisə vaxtı 464 iranlı həlak olmuşdu.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG