Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:27

Rusiya yeni qumarxanalar açır


Kazino
Kazino

İki il öncə - yayda Dövlət Duması Krımda və Soçidə qumar oyunları zonası yaratmaq haqqında qanuna səs verib. Baş nazir Dmitry Medvedev sərəncam verib ki, Soçidə «Qırmızı tala» qumar oyunları zonası Esto-Sadok qəsəbəsində və Soçi parkındayaradılsın. Sərəncama görə, bu «tala»nın sahəsi 165 min kvadratmetr olacaq.

Rusiyada qumar biznesiylə yalnız ayrıca zonalarda məşğul olmaq mümkündür. İndi Krasnodar vilayətində «Azov-Siti» zonası var. Burada 3 qumarxana fəaliyyət göstərir. Ancaq 2016-cı ilin aprelində Dövlət Duması «Azov-Siti»nin 2019-cu il yanvarın 1-dək ləğvinə qərar verib.

«ÖNCƏ OLİMPİADA ƏRAZİSİ NƏZƏRDƏ TUTULMUŞDU»

2014-cü ilin yayında Dövlət Duması Krımda və Soçi ərazisində oyun zonası yaradılmasına icazə verən qanun qəbul etmişdi. Hələ o vaxt nəzərdə tutulurdu ki, 2015 və ya 2016-cı ilin yayınadək olimpiada ərazisi və obyektləri, o cümlədən oradakı mətbuat mərkəzi bu oyun zonasına ayrılsın. Rusiyada Olimpiya oyunları 2014-cü ildə keçirilib. O vaxt baş nazirin müavini olan Dmitry Kozak-ın sözlərinə görə, Soçidə oyun zonasının yaradılması fikri belə müasir layihələrin maliyyə durumunu «Sberbank», VEB və digər bankların krediti vasitəsilə yaxşılaşdırmaq istəyindən doğub.

«SOÇİ AİLƏVİ İSTİRAHƏT YERİDİR»

Rusiya prezidenti Vladimir Putin o vaxt layihəni tam dəstəklədiyinisöyləməmiş, yalnız bunu demişdi ki, kazino «özünəməxsus təbəqəni» ətrafına toplayır. Soçi kurortu isə daha çox ailəvi istirahət mərkəzidir və bura gələnlərin çoxu ortagəlirli insanlardır.

«Bu, tam başqa mühitdir və belə mühiti itirməyə təəssüflənərdim», - Putin-in sözləridir.

Krımı güclə özünə birləşdirən hakimiyyət ötən il bildirmişdi ki, Krımda qumar zonası mütləq olmalıdır.

Buna da bax - Deputat: 'Azərbaycanda da kazinolar açılsın'

Deputat: "Azərbaycanda da kazinolar açılsın"
Gözlə

No media source currently available

0:00 0:00:44 0:00

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG