Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:25

Bakı Bulvarında 14 yaşlı uşaq attraksiondan yıxılıb.

Bu barədə musavat.com xəbər yayıb.

Məlumata görə, attraksiondan yıxılan uşaq xəstəxanaya çatdırılıb. Baş nahiyyəsindən xəsarət alan uşağın vəziyyəti yaxşıdır.

Şahidlərin verdiyi məlumata görə, anası ilə Dənizkənarı Milli Parka gələn 2001-ci il təvəllüdlü Məmmədəli Quliyev karuseldə olarkən bir neçə metr yüksəklikdən yerə düşüb. Uşağın yıxılmasının səbəbi kimi təhlükəsizlik kəmərinin bağlanmaması göstərilir.

Uşağın anası Firuzə Şahməmmədova attraksionda çalışanların məsuliyyətsizliyə yol verdiklərini və buna görə də polisə müraciət edəcəyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG