Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:23

Hökumət kartofu "müalicə edir"


İllüstrasiya
İllüstrasiya

►Laboratoriya yaradılıb

“Azərbaycanda xəstəliklərdən azad kartof toxumçuluğunun yaradılması” layihəsinin icrası başa çatıb.

Mütəxəssislər güman edir ki, sərmayə qoyularsa, yaxın bir neçə ildə virusa yoluxmayan kartof istehsalını 50-60 faizə çatdırmaq hədəfinə nail olmaq mümkündür.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) texniki dəstəyi ilə icra olunan layihə çərçivəsində Qubadakı Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda biotexnologiya laboratoriyası yaradılıb.

Həmin laboratoriyada yaradılan şərait toxuma kulturası texnologiyasının tətbiqi ilə kartof yumrularının alınmasına və sürətlə çoxaldılmasına inkan verir.

Amma Kənd Təsərrüfatı Nazirliyinin (KTN) mütəxəssisləri ölkədə sağlam kartof toxumuna olan tələbatının yerli istehsal hesabına ödənilməsi üçün əkin sahəsi və istixana ilə təmin olunmuş daha iri laboratoriyanın tikilməsinə və avadanlıqla təchiz olunmasına ehtiyacın olduğunu deyirlər. Bu məqsədlə biznes plan üzərində iş aparılmaqdadır.

Buna da bax: Lavrov Türkiyədəki kürdpərəst partiyanın sədri ilə görüşüb

“Bənzər laboratoriyalar Türkiyədə var. Onun qurulması üçün 5-6 milyon ABŞ dolları tələb olunur. Amma biz hesab edirik ki, bu iş dayanıqlığın təmin olunması baxımından dövlət büdcəsi hesabına deyil, beynəlxalq layihələr və özəl biznesin iştirakı ilə görülməlidir”. Bunu AzadlıqRadiosuna KTN yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəisi Möhtəsim Əhmədov deyib.

Əhmədov bildirib ki, FAO-nun köməyilə 2 il öncə Almaniya və Hollandiyadan gətirilmiş 19 məhsuldar kartof sortu 3 aqroekoloji zonada sınaqdan keçirilib. On sortun yerli şəraitə uyğun gəldiyi müəyyən olunub və istifadə olunmaq üçün Dövlət Sort-Sınaq Komissiyasına təqdim edilib.

Azərbaycanda yerli “Əmri-600”, “Telman” və “Sevinc” sortlarından başqa, 2006-cı ildə Niderlanddan gətirilmiş 10 kartof sortu da geniş əkilməkdədir. Toxumluq kartofa olan tələbatın az bir hissəsi ixtisaslaşdırılmış dövlət və özəl təsərrüfatlar hesabına ödənilir.

Dövlət Gömrük Komitəsinin hesabatlarına görə, bu ilin 9 ayı ərzində Niderland, Almaniya, Gürcüstan və Rusiyadan 1227 ton toxumluq kartof gətirilib. Bu əvvəlki ilin eyni dövründəkindən 3,5 dəfə azdır. Amma bu da tələbatın cüzi bir hissəsidir. Çünki bir hektar sahəyə 3 ton kartof toxumu əkilir.

“Əkin üçün əsasən fermerlərin özlərinin yetişdirdiyi toxumluq kartofdan sitifadə edilir. Məhsuldarlıq baxımından əlverişli deyil”, Möhtəsim Əhmədov bildirir.

Qeyd edək ki, bu il Azərbaycandakartof ötən ildəkindən təxminən 2 dəfə ucuz – orta hesabla 50 qəpiyə satılır. Səbəb əvvəlki ilə nisbətən məhsuldarlığın yüksək olmasıdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG