Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:24

Özbəkistanda Karimov hakimiyyəti qürub etdi, amma bəs onun ailə üzvlərinin mənimsədiyi və bütün dünya boyunca gizlətdiyi milyonlarla dollar necə olacaq?

AzadlıqRadiosunun müxbiri Mike Eckel yazır ki, ABŞ rəsmiləri bu qanunsuz pullardan bəzisinin izinə düşə biliblər, amma problem bu vəsaitlərin yenidən Özbəkistana qaytarılmasıdır.

Bu ilin əvvəllərində ABŞ-ın Maliyyə Nazirliyi iddia edildiyinə görə İslam Karimovun böyük qızı Qulnaranın telekommunikasiya şirkətlərindən rüşvət sxemi ilə əldə etdiyi 600 milyon dolların müsadirəsinə sanksiya verib.

O vaxtdan bəri amerikalılar Özbəksitan rəsmiləri ilə bu pulu “nə etmək, necə etmək” məsələsinə dair çətin danışıqlar aparırlar.

Məsələ burasındadır ki, ABŞ rısmiləri sözü gedən pulu Özbəkistana qaytarmaq istəyirlər, amma bunun tam şəffaf şəkildə edilməsi şərtini qoyurlar.

Lakin özbək rəsmiləri qaytarılan pulların yerbəyer edilməsi məsələsində Vaşinqtonun diqtəsi ilə durub-oturmaq istəmirlər.

Qapalı mövzu

Mərkəzi Asiyanın hakim elitaları barədə bu yaxınlarda çıxacaq kitabın müəllifi, Barnard kollecinin professoru Alexander Cooley deyir ki, mənimsənmiş vəsaitlərin qaytarılması ABŞ-Özbəkistan münasibətlərinin ən az açıqlanmış sahəsdidir.

Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyoyevin xarici siyasət istiqaməti hələlik açıqlanmayıb

Özbəkistan prezidentinin səlahiyyətlərini icra edən Şavkat Mirziyoyevin xarici siyasət istiqaməti hələlik açıqlanmayıb

Mike Eckel yazır ki, indi İslam Karimovun vəfatından sonra bu məsələ bir az da qəlizləşib, çünki ölkənin yeni rəhbərliyinin xarici siyasət oriyentasiyası hələlik tam bəlli deyil.

Məqalədə deyilir ki, Daşkənd və Vaşanqton arsında münasibərtlər 11 sentyabr terror hadisəsindən sonra yüksək səviyyədə idi. Beləki, Özbəkistan Əfqanıstandakı Talibanla mübarizədə ABŞ-ın hərbi əməliyyatlarlına təchizat dəstəyi verirdi. Lakin sonralar bu münasibətlər Özbəkistanda insan haqlarının bərbad vəziyyəti ilə bağlı pisləşməyə başladı və nəhayət Əndican şəhərində dinc nümayişçilərin əsgərlər tərəfindən gülləbaranından sonra münasibətlər tamamilə qırıldı.

Hazırda Rusiya Özbəkistanı özünün təbii müttəfiqi hesab edir və Moskva-Dəşkənd münasibətləri yeni apogeyinə çatıb.

Beynəlxalq Böhran Qrupunun keçmiş araşdırmaçısı David Lewis deyir ki, ABŞ Özbəkistanın yeni rəhbərliyi ilə normal münasibətlər qurmağa ümid edir və bu, sözü gedən pulların qaytarılması məsələsini təsirləndirə bilər.

Yenidən mənimsənəcək

Mike Eckel yazır ki, Karimova ilə bağlı pullar, məbləğinə görə ABŞ Ədliyyə Nazirliyinin bütün dünya boyunca korrupsiyalı pulların aşkar edilməsi üçün başlatdığı Kleptokratiya Aktivlərinin Qaytarılması Təşəbbüsü çərçivəsində müsadirə etdiyi ən böyük vəsaitdir.

Məqalədə deyilir ki, pulların qaytarılmasına dair danışqılar hətta Karimovun sağlığında da çətin gedirdi, indi isə görünür, vəziyyət daha da mürəkkəbləşib.

ABŞ-da danışqılardan qayıdan özbək rəsmilərdən biri AzadlıqRadiosuna deyib ki, onların sözü gedən pulun qaytarılmasına ümidləri yoxdur. ABŞ Dövlət Departamenti və Ədliyyə Nazirliyi isə danışqlar barədə AzadlıqRadiosuna məlumat verməkdən imtina edib.

Məsələni mürəkkəbləşdirən budur ki, Özbəkistanın yeni prezident əvəzi Şavkat Mirziyoyev keçmiş telekommunikasiya nazirini vəzifəsinə qaytarıb. Qulnaranın adı ilə bağlanan rüşvət sxemi məhz onun nazirliyi dövründə yer almışdı.

Mike Eckel yazır ki, belə bir şəraitdə Özbəkistan hökumətinə qaytarılacaq pulun ədalətli və şəffaf şəkildə yerbəyer edilməsi müşkül olacaq.

Vaşinqton Milli Müdafiə Universitetindən professor Erica Marat deyir ki, Karimov ailəsindən müsadirə olunmuş pullar qaytarılsa, sadəcə olaraq yenidən mənimsənəcək.

XS
SM
MD
LG