Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:57

Kareliyanın Syamozero gölündə xilasedici əməliyyatlar başa çatıb.

Şənbə günü göldə baş verən qəzada 14 uşaq ölüb.

Onlar yerli çadır şəhərciyində istirahət edirmişlər və turu “Park-otel Syamozero” şirkəti təşkil edibmiş.

Fövqəladə vəziyyətlər üzrə milli mərkəzin rəis müavini Aleksei Smirnov: “Qeydə alınmamış turist qrupu,bir bərə və iki qayıqda qasırğaya düşüb, nəticədə qayıqlar aşıb. Qayıqlarda 24 uşaq və 2 bələdçi olub. 12 nəfər xilas edilib, amma təəssüf ki, 14 uşaq bartıb. 5 uşaq Petrozavodsk şəhərindəki xəstəxanaya götürülüb. Bərədə olan 25 nəfərsə “Sakit göl” adlı turist bazasına götürülüb”, deyə o bildirib.

Hakim dairələrin məlumatına görə, ölənlər turist olmayıblar.

Turu sosial-müdafiə orqanları təşkil ediblərmiş və onlar əsasən yetim uşaqlar və Moskvadan olan aztəminatlı ailələrdən imişlər.

Ölən uşaqlar 12-14 yaş arasındadır.

Faktla bağlı cinayət işi qaldırılıb, 4 nəfər həbs olunub. İyunun20-də Kareliyada matəm günü elan edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG