Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:34

Bakı şəhərindəki yağış kanalizasiya sistemi təkmilləşdiriləcək. Prezident İlham Əliyev noyabrın 11-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamı ölkə başçısının rəsmi saytı yayıb.

Sərəncamda qeyd edilir ki, son dövrlərdə Bakıda gedən sürətli iqtisadi inkişaf, əhalinin sayının artması, çoxlu sayda müxtəlif təyinatlı binaların və obyektlərin tikintisi şəhər təsərrüfatına, onun infrastrukturuna düşən yükü dəfələrlə artırıb.

Buna da bax:​ Hökumət rəsmisi: İntensiv yağış yağsa, evlər yenə su altında qalacaq

Sənəddə sentyabr, oktyabr aylarında normadan artıq yağıntıların müşahidə olunduğu, kanalizasiya sisteminin işləməməsinin ciddi fəsadlar törətdiyi qeyd olunur.

Ölkə başçısı kanalizasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar işçi qrupunun yaradılmasına qərar verib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev qrupa rəhbər təyin edilib.

İşçi qrup yağış kanalizasiya xətlərinin vəziyyətini təhlil etməli, etibarlılığının artırılmasına, ardıcıl və mərhələli rekonstruksiyasına dair təkliflər hazırlayıb prezidentə təqdim etməlidir.

Buna da bax: 'Kanalizasiyanı özümüz quracağıqsa, bəs Dövlət Proqramı hara getdi?'

İşçi qrup həmçinin, Bakıda baş verə biləcək subasma və digər fövqəladə halların nəticələrinin aradan qaldırılmasında çevik idarəetmənin həyata keçirilməsindən ötrü də təkliflər hazırlamalıdır.

Oktyabr ayında yağan aramsız yağışlardan sonra, Bakının bir sıra rayonlarına küçələri, evlər su basıb. Hətta bəzi rayonlarda 3 gün su çəkilməyib. Müstəqil ekspertlər deyillər ki, ölkədə su, kanalizasiya sahəsinə milyardlarla pul sərf edilib. Ancaq korrupsiya halları bu vəsaitdən axıra kimi səmərəli istifadəyə imkan verməyib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG