Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:09

►Prokurorluğa müraciət olundu

Araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın evinə gizli kamera yerləşdirilməklə şantaja məruz qalması ilə əlaqədar Bakı şəhər Prokurorluğuna müraciət olunub.

Jurnalistin vəkili Yalçın İmanov martın 1-də Bakı şəhər prokuroru Əziz Seyidova məktub göndərib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən vəkil bildirib ki, jurnalistin şantaj edilməsi və şəxsi həyatına müdaxilə faktı üzrə 15 mart 2012-ci ildə Baş Prokurorluq tərəfindən CM-nin 156-cı (şəxsi həyatın toxunulmazlığı) maddəsilə cinayət işi başlanıb, istintaqın aparılması Bakı şəhər Prokurorluğuna həvalə olunub.

İstintaq zamanı Xədicə İsmayıl da zərərçəkmiş qismində tanınıb.

Amma cinayət işi üzrə icraat Xədicə İsmayılın özünə də, vəkilinə də məlum olmayan vaxtda dayandırılıb.

Yalçın İmanovun sözlərinə görə, indiyə qədər istintaqla bağlı hansı tədbirlərin görülməsi barədə jurnalistə, onun nümayəndəsinə heç bir məlumat verilməyib.

Yalçın İmanov Bakı şəhər prokuroruna ünvanladığı məktubda cinayət işi üzrə istintaqın dayandırılması barədə qərarın surətini, həmçinin indiyə qədər görülən tədbirlər, aparılan istintaq hərəkətləri barədə ətraflı məlumat verilməsini xahiş edib.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Hazırda 4 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdədir. Jurnalist qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Jurnalist ittihamları qəbul etmir və hökumətin korrupsiyası, özəlliklə, prezident ailəsinin gizli biznesi barədə araşdırma yazılarına görə cəzalandırıldığını bildirir.

"Amnesty İnternational" beynəlxalq hüquq-müdafiə təşkilatı da Xədicə İsmayılı "vicdan məhbusu" elan edib.

Buna da bax...

Günün bütün mövzuları

XS
SM
MD
LG