Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:39

Kadyrov idmançının qızının döyülməsinə münasibət bildirdi


Ramzan Kadyrov

Ramzan Kadyrov

“Prezident Vladimir Putin qarışıq əlbəyaxa döyüş federasiyasının (MMA) prezidenti Fyodr Yemelyanenkonun qızına hücumdan xəbərdardır”.

Bunu oktyabrın 14-də Kremlin mətbuat xidməti Dimitri Peskov deyib.

“Bəli biz KİV-lərdə gedən məlumatları prezidentə çatdırmışıq”, deyə o bildirib.

Peskov deyib ki, uşağa hücum yolverilməzdir və bu araşdırılmalıdır.

Dmitry Peskov

Dmitry Peskov

Amma Peskov qeyd edib ki, cinayətkar bəlli olmayınca hansısa şübhələri və paralellər aparmağı məsləhət görməzdim.

Qeyd edək ki, Yemelyanenko bu günlərdə Qroznıda azyaşlı uşaqlar arasında əlbəyaxa döyüş keçirilməsini kəskin tənqid edib və bunun yolverilməz olduğunu bildirib.

Həmin yarışda Çeçenistan lideri Ramzan Kadyrovun 3 oğlu da iştirak edib və qalib gəliblər.

Yemelyanenko 12 yaşadək uşaqların nəyin ki, döyüşmək, hətta tamaşaçı kimi bu yarışda iştirak etməsinin yolverilməz olduğunu deyib.

Fyodr Yemelyanenko

Fyodr Yemelyanenko

Kadyrovun əmisi oğlu olan müşaviri və Dövlət Dumasının deputatı Adam Delimxanovsa buna cavab olaraq bildirib ki, Yemelyanenko Kadyrov barəsində hər sözünə görə cavab verməli olacaq.

Bundan sonra, Yemelyanenkonun məktəbdən dönən qızı yolda döyülüb.

İnsident oktyabrın 9-da baş verib və qız hospitala düşüb.

Polis faktla bağlı cinayət işi açıb.

Kadırov da öz tərəindən bəyanat yayaraq qızın döyülməsini pisləyib.

"Moskvada Fyodr Yemelyanenkonun balaca qızı döyülüb. Bu, biabırçılıqdır. Hüquq mühafizə orqanları hadisəni araşdırmalı və günahkarlar qanun çərçivəsində ciddi şəkildə cəzalandırılmalıdır", deyə o bildirib.

Ramzan Kadyrov

Ramzan Kadyrov

Kadırov deyib ki, istintaqın gedişində Çeçenistanın hüquq mühafizə orqanları da iştirak edə bilər.

O, qeyd edib ki, cinayətkar həmin hadisəni törətməklə ictimai diqqət qazanmaq istəyib.

Buna görə də cinayət işinə təcavüz maadəsi ilə yanaşaı etnik təxribatçılıq maaddəsi də əlavə olunmalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG