Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:59

Ramzan Kadırov qanunu pozanları güllələməyə çağırır- [Audio]


Ramzan Kadyrov
Ramzan Kadyrov

*Youtube Kanalımıza abunə olsanız hər gün yeni videolar izləyəcəksiz

Çeçenistan lideri Ramzan Kadyrov qanunu pozanları güllələməklə hədələyib.

Bu barədə “Novaya qazeta” “Qroznı” televiziyasına istinadla xəbər yayıb.

Kadyrov iclasda sürücülərin sərxoş vəziyyətdə və narkotikin təsiri altında yol hərəkəti qaydalarını pozmasından danışıb:

“Çeçenistan respublikasında rahatlığı pozanlar güllələnməlidir. Dəxli yoxdur,qanuni, ya qanunsuz, güllələmək! Başa düşdünüz?

Salam aleykum və problem yoxdur. Bax qanun budur” .

Kadyrov həmçinin sərxoş sürücüləri bellərində partlayıcı kəmər gəzdirən intiharçılar adlandırıb.

Respublika prokuroru Şarpuddin Abdul Kadyrovsa rəhbərin sözlərinin kontekstdən çıxarıldığını deyir və buna görə jurnalistləri günahlandırır.

Prokuror hesab edir ki, bu cür qəbullarda həmişə deyilənlərin ümumi məğzi təhrif oluna və müxtəlif cür yozula bilir.

Prokurorun sözlərinə görə, Kadyrov çıxışında demək istəyib ki, terrorçularla heç bir danışıq aparmır, polis əməkdaşları onları saxlayır və ya silahlı müqavimət göstərdikləri halda yerindəcə məhv edirlər.

Prokuror deyib ki, Çeçenistan respublikasında cinayətkarlıqla mübarizə yalnız Rusiya qanunları çərçivəsində aparılır.

Qeyd edək ki, Ramzan Kadyrov bu günlərdə narkotik alverçiliyi və narkotik qəbulundə şübhəli bilinənləri Qroznının mərkəzinə toplayaraq ailələri ilə birlikdə respublikadan qovmaqla hədələyib.

Həmçinin baxın: Ramzan Kadyrovun qohumunun toyu:

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG