Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:07

“Sən öz xalqını köləyə çevirmisən, Kadyrov…”


Kadyrov Putinin 63 yaşını qeyd edir

Kadyrov Putinin 63 yaşını qeyd edir

Çeçenistanda elliklə divantutmanı ilk dəfə ruslar, iki separatçı müharibə zamanı tətbiq ediblər. İndi isə Kadyrov eyni metodu qanıbir soydaşlarına tətbiq edir

AzadlıqRadiosunun müxbiri Claire Bigg yazır ki, Çeçenistanın başçısı Ramzan Kadyrov tənqidçilərini ictimaiyyət qarşısında aşağılamasına, düşmənlərinin qohumlarına və yaxınlarına kollektiv qaydada divan tutmasına görə bütün dünyada pislənir.

Lakin belə görünür ki, Çeçenistan canişini bu tənqidləri nəinki eşitmir, hətta sözü gedən cəzaları təkcə onun özünü deyil, onu bu vəzifəyə təyin etmiş şəxsi tənqid edənlərə sə şamil edir.

Claire Bigg yazır ki, çoxları Kadyrov-un bundan əvvəlki əməllərinə, bir növ öyrəncəli olsalar da, onun xaricdəki rəqiblərindən qisas alacağı barədə son bəyanatları insan haqları təşkilatlarını narahat etməyə başlayıb.

İnayevanın televizyada aşağılanması

İnayevanın televizyada aşağılanması

Norveçin Oslo şəhərindəki çeçen mühacirlər yanvarın 2-də Kadyrovun qəddar hərəkətlərinə etiraz etmək, habelə sosial təminat işçisi Ayşət İnayevanı müdafiə etmək məqsədilə aksiya keçiriblər. İnayeva Kadyrovu baş alıb gedən korrupsiyada ittiham etdiyinə görə, Çeçenistan başçısı tərəfindən ictimaiyyət qarşısında rüsvayçı danlağa məruz qalmışdı.

İnayeva şikayətlənmişdi ki, müdiri onun maaşından hər ay qanunsuz olaraq 3 min rubl (42 dollar) tutur. Bu tənqidinə görə bir neçə gündən sonra respublika rəhbəri onu dövlət telekanalında rüsvay etmişdi.

Bu rüsvayçılıqda başqa rəsmilər, televiziya aparıcısı və hətta İnayevanın əri də iştirak etmişdi.

Tamamilə sındırılan İnayevə tənqidlərini geri götürdüyünü elan etmişdi.

“Qardaş qardaşa cavabdehdir”

"Moskvanın insanları cəzalandırmaqdan və məcbur etməkdən başqa ağlına heç nə gəlmir – deyib Oslodakı aksiyanın təşkilatçısı, çeçen insan haqları fəalı Akhmed Gisayev, - Rusiya hakimiyyəti Çeçenistan barəsində əlimyandıdadır. Burada nə Putini, nə də onun əlaltısı Kadyrov-u tənqid etmək olmaz”.

Çeçenistanda elliklə divantutmanı ilk dəfə ruslar, iki separatçı müharibə zamanı tətbiq ediblər. İndi isə Kadyrov eyni metodu qanıbir soydaşlarına tətbiq edir.

Gisayev-in sözlərinə görə, Oslodakı tədbirə 150 etirazçı qatılıb. Onların əllərindəki plakatlardan bəzilərində “Çeçenistanda Putin terroruna son” yazılmışdı.

Buna bənzər başqa bir etiraz aksiyası dekabrın 24-də Vyanada keçirilib.

Vyana aksiyasına Kadyrov-un reaksiyası hiddətli olub. O dekabrın 30-da yerli Çeçenistan telekanalı ilə çıxış edərək Vyana aksiyasına qoşulanları, respublikadakı qohumlarını axtarıb tapacağı ilə hədələyib.

“Bizim adətlərimiz belədir ki, qardaş qardaşa görə məsuliyuyət daşıyır – demişdi Kadyrov, - Mən göstəriş vermişəm ki, onların hansı tayfadan olduqları, qardaşlarının, atalarının kimlər olduğu müəyyənləşdirilsin”.

Norveçdə anti-Kadyrov aksiyası

Norveçdə anti-Kadyrov aksiyası

Gisayev deyir ki, Çeçenistanda elliklə divantutmanı ilk dəfə ruslar, iki separatçı müharibə zamanı tətbiq ediblər. İndi isə Kadyrov eyni metodu qanıbir soydaşlarına tətbiq edir.

Gisayev deyir ki, o, Norveçə 2009-cu ildə, Memorial İnsan Haqları Mərkəzindəki həmkarı Natalya Estemirova oğurlandıqdan və qətlə yetirildikdən sonra qaçıb.

"Mənim qardaşlarına, atama, anama təzyiq göstərirdilər, - deyir Gisayev, - Onlardan soruşurdular ki, mən niyə çıxıb getmişəm, niyə bəyanatlar verirəm, niyə mənə bu fəaliyyətimi dayandırmağımı əmr etmirlər və sair” – deyir Gisayev.

Cavanlıq xətaları

2014-cü ilin dekabrında Qroznıya 14 polisin, 10 yaraqlının və bir mülki şəxsin ölümü ilə nəticələnmiş hücumdan sonra Kadyrov bu basqında iştirak edənlərin evlərinin dağıdılmasına göstəriş vermişdi. O İnstagram hesabından yazırdı ki, basqınçıların qohumları bir daha qayıtmamaq şərtilə Çeçenistandan qovulacaqlar.

Kadyrov-un bəyanatından sonra insan haqları müdafiəçiləri bəyan etmişdilər ki, onun bu əməlləri Rusiya Konstitusiyasına və Rusiyanın beynəlxalq öhdəlikllərinə ziddir.

Fəalların dediyinə görə, Kadyrov-un göstərişindən sonra azı səkkiz evə od vurularaq yandırılmışdı. Onlardan dördünün, ümumiyyətlə qiyamçılarla heç bir əlaqəsi yox idi.

Bu məsələnin ətrafında yaranmış hay-küy Putini bəyanatla çıxış etməyə vadar etmişdi. O demişdi ki, heç kəsin “özbaşına cəzalandırmaq hüququ yoxdur”. Lakin prezident əlavə etmişdi ki, Kadyrov-un məsələyə emosional yanaşması “başadüləndir”. Elə bu üzdən həmin əməlinə görə Kadyrov bu günə qədər cəzasız qalıb.

“Putin mənim atam, babam və çarımdır”

Kadyrov-un bir neçə opponentləri, onu İnayeva və Adam Dikayev-in rüsvay edilməsinə görə ittiham edirlər.

"Çeçen qadın sənə WhatsApp vasitəsilə narazılığını bildirib, - deyirdi Akhmed Alikhadzhiyev Kadyrov-a göndərdiyi videomüraciətdə, - Sən onu dinləmək əvəzinə qadını televizyaya dartmısan, bütün dünynalın gözü qarşısında onu alçaldaraq onun ərinin namusuna toxunmusan”.

Bu gündən Putin mənim atam, babam və çarımdır

Dikayev ötən ay İnstagram hesabından Kadyrovun paylaşdığı videonu kəskin tənqid etmişdi. Həmin video parçasında Kadyrov əynində Putinin şəkili olan maykada idman edirdi.

Həmin postdan az sonra İstagramda başqa bir video peyda olmuşdu. Burada Dikayev şalvarsız vəziyyətdə gəzirdi.

Bundan sonra Dikayev hökuməti tənqid etməklə səhvə yol verdiyini elan etmişdi.

“Bu gündən Putin mənim atam, babam və çarımdır” – deyirdi yeni videoda Dikayev.

Bu videoya da xaricdəki çeçenlərin reaksiyası qəzəbli olub. Çeçenistanın keçmiş separatçı prezidenti Aslan Masxadovun hazırda Londonda yaşayan köməkçisi Apti Batalov YouTube saytından Kadyrov-a müraciət edib.

“Sən Putinə uşaqbaz dediyinə görə bir kişinin şalvarını əynindən çıxarırsan, - deyir Batalov, - Bundan daha şərəfsiz nə ola bilər?”

"Sən öz xalqını köləyə çevirmisən – deyirdi Batalov Kadyrova, - Sən və sənin ətrafındakı vələdüznalar xalqın qanını içirsiniz. Səni bağışlamayacaqlar, bütün bunlar yaddan çıxmayacaq”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG