Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 17:01

Rusiya mediası xəbər verir ki, Dağıstanda OMON “Putin-Kadyrov” avtoyürüşünü dayandırıb.

Rusiya mediası xəbər verir ki, Dağıstanda OMON “Putin-Kadyrov” avtoyürüşünü dayandırıb.

Xəbərlərdə deyilir ki, Dağıstanın xüsusi təyinatlı polis dəstəsi Rusiya prezidenti Vladimir Putinə və Çeçenistan lideri Ramzan Kadyrova dəstək avtoyürüşünün qarşısını alıb.

Bu tədbir bazar günü səhərin erkən saatlarında başlamalıydı. Maşın karvanı Kizlyardan Qudermesə getməli və orada Çeçenistandan gələn başqa bir karvanla birləşərək Kizilyurt-Maxaçqala-Kaspiyks-İzberbaş-Dərbənd marşrutu ilə yürüş etməliymiş.

Şahidlər bildirirlər ki, maşınları dayandıran polislər Putinin və Kadyrovun portretlərini cırırmışlar.

Yürüş təşkilatçıları yerli mediaya deyiblər ki, aksiyanın dağıdılmasını Moskva əmr edib.

“Novaya gazeta” yazır ki, avtoyürüşün Dağıstan Pensiya Fondunun keçmiş başçısı Sagid Murtazaliyevin adamları tərəfindən təşkil olunduğu düşünülür.

Qəzet xatırladır ki, Moskva məhkəməsi artıq ötən ilin sentyabrında Murtazaliyevin həbsi barədə qiyabi sanksiya verib.

Ötən cümə Ramzan Kadyrov-un dəstəklənməsi üçün Qroznıda keçirilmiş izdihamlı mitinq də Rusiya mediası tərəfindən kəskin tənqid edilir.

Qəzetlər şahidlərin sözlərinə istinadən yazırlar ki, adamları bu mitinqə zorla yığırmışlar.

Kadyrov əlimyandıdadır

“Novaya gazeta” yazır ki, mitinq müxalifət və insan haqları təşkilatları Rusiyadan Kadyrov-un təcavüzkar bəyanatlarına cavab verilməsini tələb edəndən sonra keçirilib.

Ötən həftə beynəlxalq Amnesty İnternational və Jurnalistləri Müdafiə Komitəsi Vladimir Putini Kadyrov barədə ölçü götürməyə çağırmışdılar.

Kadyrov Rusiya müxalifətini və müstəqil jurnalistləri “xalq düşmənləri” elan edən bəyanatlar yayıb.

Rusiya mətbuatı yazır ki, rəsmi Moskva Kadyrovu tənqid edənlərə cavab verməməklə Çeçenistan liderini narahat edib və o çox güman, nüfuzunun Dərbəndədək geniş ərazini əhatə etdiyini bu yolla nümayiş etdirmıək qərarına gəlib.

Rusiya müxalifətinin mülahizələrinə görə, Kadyrovu “cinlədən” bir də budur ki, tənqidçiləri onun özünə yox, onun “ipini yığışdırmalı olan” Putinə müraciət edirlər.

Çeçenlər Yeltsinə ilişirlər

“Novaya gazeta” yazır ki, Çeçenistan rəhbərliyi Kadyrovun müdafiəsinə Sankt Peterburqda da “izdihamlı mitinq”in keçirildiyini iddia edib, halbuki burada keçirilmiş piketdə 9-dan 20-dək adam iştirak edib.

Qroznıda Kadyrovla həmrəylik mitinqi

Qroznıda Kadyrovla həmrəylik mitinqi

Qəzet Rusiyanın şimal paytaxtında Kadyrovun müdafiəsi üçün guya keçirilmiş mitinqi lağa qoyur və yazır ki, “yüzlərlə insanın sübhdən qaş qaralanadək keçirdikləri mitinqi nə əcəb görən olmayıb?”

Bu “izdihamlı mitinq” haqqında məlumatı yayan Çeçenistan informasiya agentliyinin xəbərində deyilir ki, tədbiri Çeçenistan hökuməti başçısının nümayəndəsi İdris Duquçiyev açıb və belə deyib:

“Çeçenlər – qürurlu xalqdır! Axır vaxtlar müxalifətdən xalqımın ünvanınana belə söhbətlər eşidirəm ki, guya qanlı müharibəni o vaxt biz başlamışıq. Mən bu qınaqları təxribat hesab edirəm. İstənilən tarixçi təsdiq edər ki, Çeçenistan müharibəsini o vaxt ölkəmizin başında duran bir şəxsin sərxoş hoqqaları qızışdırıb”. Onun Boris Yeltsini nəzərdə tutduğu söylənir.

Kadyrov Kremli də dilxor edir

Rusiya mediası yazır ki, Kadyrov və onun ətrafının Rusiya siyasətçiləri və tarixi haqqında bəzi bəyanatları artıq Kremli də dilxor edir.

Məsələn, qeyd olunur ki, Vladimir Putin hətta Lenin də daxil özündən əvvəlki bütün liderləri ara-sıra tənqid etsə də, Boris Nikolayeviç barədə həmişə xeyirxahlıqla danışıb.

Vladimir Putin hətta Lenin də daxil özündən əvvəlki bütün liderləri ara-sıra tənqid etsə də, Boris Nikolayeviç barədə həmişə xeyirxahlıqla danışıb

“Novaya gazeta” guya Rusiyada keçirilmiş kadyrovçu mitinqləri də, orada çəkilən fotoları da “feyk” adlandırıb.

Buna baxmayaraq, qəzetin müxbiri Nina Petlyanova yazır ki, Kadyrovun piketində lap elə 9 nəfər iştirak edibsə də, bu, Rusiya qanunlarının pozulması deməkdir. Çünki bu, icazəsiz aksiya olub.

“Noyava gazeta”ya gəlincə isə bu, Rusiyada azsaylı mütərəqqi nəşrlərdən biridir.

2001-ci ildən bəri bu qəzetin 6 müxbiri təhqiqat jurnalistikasına görə qətlə yetirilib. Onların arasında Yury Şekoçixin, Anna Politkovskaya və Anastasiya Baburova da var.

Günün bütün mövzuları

XS
SM
MD
LG