Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 17:01

Sahə müvəkkili: 'Siz gəlməsəniz bölmənin işçiləri sizə qonaq gələcəklər...'


Jurnalist Sevinc Vaqifqızı

Jurnalist Sevinc Vaqifqızı

Sentyabrın 22-də Jurnalist Sevinc Vaqifqızının valideynlərini Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə çağırıblar.

Bu haqda jurnalistin özü məlumat verib.

S.Vaqifqızının deməsinə görə, valideynlərinin polisə çağırılmasının səbəbi Milli Şuranın mitinqində iştirak etmələridir.

“Bu gün (sentyabrın 22-si) anama yaxınlaşan sahə müvəkkili deyib ki, yoldaşınızla bölməyə gəlin. Anam Milli Şuranın 17-də baş tutan mitinqində iştirak edib. Güman edirəm, atamı da ona görə çağırırlar ki, anam bölməyə tək getməsin”.

Buna da bax:​ Jurnalistə 'gedə bilməzsən' dedilər

"Anama yaxınlaşan sahə müvəkkili deyib ki, yoldaşınızla bölməyə gəlin"

Jurnalistin özü anasının polisə çağırılmasının səbəbini sahə müvəkkilinə sorub.

“İnkar etmədi. Dedi, bölməyə gəlsin, danışacağıq. Tələb etdim ki, evə çağırış vərəqi göndərsinlər, yalnız bu halda bölməyə gələ bilərik. O da dedi ki, canlı gəlib, deyib, vərəqə nə ehtiyac var? Mən yenə təkid etdim. Dedi ki, o zaman bölmənin işçiləri bizə qonaq gələcəklər. Dedim, axşam evdəyəm, gələrsiniz”, jurnalist bildirib.

Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsindən jurnalistin valideynlərinin çağırılmasını şərh etməyiblər. Bölmədən deyiblər ki, “suallarımızı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə ünvanlayın”.

Buna da bax:​ Milli Şura mitinq keçirdi. Polislə qarşıdurmada saxlananlar var

DİN mətbuat xidmətindən isə, məsələyə münasibət almaq mümkün olmayıb.

"Dedi, bölməyə gəlsin, danışacağıq. Tələb etdim ki, evə çağırış vərəqi göndərsinlər, yalnız bu halda bölməyə gələ bilərik. O da dedi ki, canlı gəlib, deyib, vərəqə nə ehtiyac var?"

Milli Şura sentyabrın 17-də referendum əleyhinə mitinq keçirib. Həm bu aksiyadan əvvəl, həm də sonra polisə çağırılanlar, saxlananlar olub.

Sentyabrın 22-si Azərbaycana 9-günlük səfərinin yekununda dair mətbuat konfransı keçirən BMT-nin xüsusi məruzəçisi Michel Forst də bu mövzuya toxunub.

Qeyd edib ki, mitinq ərəfəsində və ondan sonra həbs olunan 45 nəfərin siyahısını hökumət təmsilçiləri ilə görüşlərdə onlara təqdim edib: «Siyahını hökumətə vermişik və məsələyə aydınlıq gətirilməsini səbirsizliklə gözləyirik».

Buna da bax:​ Azərbaycana səfər edən M.Forst: 'Onlar xain yox, qəhrəmandırlar'

Sentyabrın 26-da Azərbaycanda Konstitusiyanın 25-dən çox maddəsinə dəyişikliklər səsverməyə çıxarılacaq. Eyni zamanda ona bir neçə yeni maddə təklif olunur.

Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır. Bütün bunlardan başqa, prezidentə parlamenti buraxmaq səlahiyyəti də verilir.

XS
SM
MD
LG