Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:32

“Yanğın göstərdi ki, mətbuat ekstremal vəziyyətdə işləyə bilmir"


►Arif Əliyev: "90 faiz kabinet jurnalistikasıdır"

Xəzərdə Neft Daşlarında yanğın olması ilə bağlı xəbər dekabrın 4-də axşamçağı yayılsa da, Dövlət Neft Şirkətindən ciddi narahatçılığa əsas olmadığı, işçilərin təxliyə edildiyi bildirildi.

Ancaq səhər hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı öz Facebook səhifəsində 30 nəfərin itkin düşməsi ilə bağlı yazdıqdan sonra da rəsmi qurumlardan nə təkzib, nə təsdiq gəldi. Həmin vaxt əsas informasiya mənbəyi hüquq müdafiəçisi idi. Mirvari Qəhrəmanlı AzadlıqRadiosuna bildirmişdi ki, məlumatları ona hadisə yerində qalan neftçilərin yaxınları, dostları, iş yoldaşları göndərir və sonradan incitməsinlər deyə o, bu mənbələrini kimsəyə açıqlamayacaq.

Fərqanə Allahverdiqızı adlı Facebook istifadəçisi yazır ki, olay zamanı yerli medianın zəifliyi hiss olunub. “Amma mediaya açıqlama verən adam da yox idi”.

Buna da bax: Yunuslar məhkəmədə susdu...

“KİV özünün etibarlı qaynaqları ilə işləməlidir”

Arif Əliyev
Arif Əliyev

Azərbaycan mediası fövqəladə hallarda, ekstremal vəziyyətdə işləyə bilmirmi? “Yeni Nəsil” Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev AzadlıqRadiosuna müsahibəsində deyir ki, ölkə mediasının əhalini vaxtında informasiya ilə təmin etmək imkanları yoxdur.

Gözlə

No media source currently available

0:00 0:02:33 0:00
Direct-ə keçid

- Arif bəy, bu imkansızlığı nə yaradır?

- Ölkə mediasının nə informasiya əldə etmək imkanı var, nə müstəqilliyi var. Peşəkar səviyyə də arxa plana keçib. Son baş verən bir neçə hadisəni götürsək, cəmiyyət yetərincə və vaxtında məlumat ala bilmədiyinə görə narazıdır. Hökumət də narazıdır ki, mətbuat lazım olduğundan artıq, yanlış məlumat verir. Bu gün əhali mətbuatdan, mətbuat da özündən narazıdır. Mən o fikirlə razıyam ki, Azərbaycan mediası fövqəladə hallarda işləməyə hazır deyil.

- Ümumiyyətlə, fövqəladə hallarda məlumat verilməsi necə olmalıdır?

- Fövqəladə hallarda mətbuat haqqında qanunda da, etik kodeksdə də xüsusi şərt var ki, dövlət orqanlarının verdiyi məlumatlar gecikdirilmədən yayılmalıdır. İkinci şərt odur ki, KİV belə halda müxtəlif xidmət orqanlarının işini işıqlandırmalıdır və özünün etibarlı qaynaqları vasitəsilə əhaliyə məlumat verməlidir. İndiki halda Rusiya televiziyası bu xəbəri Azərbaycan televiziyasından tez verdi. Verilən informasiyalar çox gecikdirilmiş olurdu və bu, ilk növbədə, əlbəttə, dövlət orqanlarının bizim media üçün müəyyənləşdirdiyi və qoyduğu şərtlərdən asılıydı. İkincisi, artıq cəsarət də yoxdur. Məsələn, “hər hansı informasiya verərsən, bunun sonrası necə olar”, deyə maneə var artıq qabaqda. Sözsüz ki, belə hallarda məsələlərə həssas yanaşmaq lazımdır. Amma bu dərəcədə “həssas” yox ki, hadisələr barədə məlumatı xarici mediadan alaq. Faktiki olaraq, bu gün belə şərait yaranıb.

Buna da bax: Bu uşaqları tanıdınızmı? (İnfoqrafika)

"Guya seçkilərdə vəziyyət yaxşı idi?"

- Neft Daşlarındakı yanğın 5-ci gün axşam baş verib və rəsmilər işçilərin hamısının təxliyə olması ilə bağlı xəbər yaydı. Sabahısı məlum oldu ki, 30-a yaxın adam dənizdə itkin düşüb. Rəsmilər susdu, ilk mətbuat konfransı isə hadisədən xeyli sonra keçirildi. Rəsmilər olayla bağlı operativ və obyektiv məlumat verilməsi məsələsində adekvatmı reaksiya verdilər?

- Məsələni belə qoysaq, bu, Leninin ayrıca ölkədə sosializm, kommunizm qurmaq cəhdinə bənzəyər. Əgər media bütövlükdə əhalini vacib mövzularda geniş informasiya ilə təmin etməyə hazır deyilsə, ondan hansısa konkret halda əhatəli informasiya gözləmək düz deyil. Məsələn, seçkilər dövründə guya vəziyyət bundan yaxşı idimi? Orda da siyasi tutumu olan hadisələr baş verirdi, ya Nardaranda vəziyyət bundan yaxşı idimi? Əgər allah eləməsin, yenə hansısa fövqəladə hal baş versə, yenə eyni mənzərə ilə rastlaşacağıq. Çünki medianın informasiya qaynaqları yoxdur, olan informasiya qaynağı ideoloji şərtlərlə fəaliyyət göstərir. Yalnız bir-iki media qurumunu çıxmaq şərtilə, əksəriyyətində ekstremal şəraitlərdə necə işləməyi, hansı qaynaqları tapmağı bilmirlər, çünki 90 faizi kabinet jurnalistikasıdır. Otaqda oturub bu saytdan-o saytdan nə tapdı, versin, ya da sifariş yerinə yetirsin. Buna görə də oturub yerli medianın əhalinin informasiya tələbatını ödəyəcəyini gözləmək düz deyil. Parlament də gündə bir qərar çıxarıb medianın fəaliyyətini məhdudlaşdırır. Bu şəraitin dəyişməsi ilə bağlı isə, hələlik, bir hərəkət görmürəm.

XS
SM
MD
LG