Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:25

Jurnalistin apellyasiya şikayətinə baxılacaq


Jurnalst Xədicə İsmayıl və Fariz Namazlıi- 8 avqust 2016

Jurnalst Xədicə İsmayıl və Fariz Namazlıi- 8 avqust 2016

İşə noyabrın 28-də hakim Mirzəli Abbasovun sədrliyi ilə baxılacaq.

Bu haqda jurnalistin vəkili Fariz Namazlı məlumat verib.

Bundan əvvə jurnalist ölkədən çıxışına qoyulan qadağanın götürülməsi tələbi ilə Binəqədi rayon Məhkəməsinə müraciət etmişdi. Oktyabrın 24-də məhkəmə müraciəti təmin etməmişdi.

Fariz Namazlı jurnalistə qadağanın qanunsuz olduğunu, aşağı məhkəmənin qərarının ədalətsiz olduğunu bildirib. Onun fikrincə, rayon məhkəməsi şikayətlərinə baxarkən onların arqumentlərinə qiymət verməyib, Avropa Konvensiyasının tələblərini pozub.

Vəkil yuxarı məhkəmənin ədalətli qərar çıxaracağına ümid edir.

X.İsmayıl ölkədən çıxışına qadağa qoyulması ikinci dəfədir ki, məhkəmə qaydasında mübahisələndirilir. İlk iş üzrə verilmiş kassasiya şikayəti Ali Məhkəmənin icraatındadır.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarıyla 7 il 6 ay azadlıqdan məhrum edilib. Ali Məhkəməmayın 25-də mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib. O, 3 il 6 ay şərti cəza ilə həbsdən buraxılıb. Avqustun 8-də Xədicə İsmayılın üzərindəki şərti cəzanın müddəti 2 il 3 aya endirilib.

Xədicə İsmayıl ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə cəzalandırıldığını bildirir.

Şərhləri göstər

XS
SM
MD
LG