Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:16

Seymur Həzi 'İfadə Azadlığı Mükafatı'na namizədlər sırasında


Seymur Həzi 28 iyul 2015

Seymur Həzi 28 iyul 2015

“Index on Censorship” təşkilatı jurnalist kateqoriyası üzrə “2017-ci il “İfadə Azadlığı Mükafatı’na “Azadlıq” qəzetinin şərhçisi Seymur Həzini namizəd kimi irəli sürüb.

Mükafat son 12 ay ərzində namizədlərin gördükləri işlərə görə verilir. Müsabiqədə 400 nəfər namizəd var.

Seymur Həzi 2014-cü il avqustun 30-da həbs edilib. O, Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham olunaraq 5 il həbs cəzası alıb.

Jurnalist bu ittihamı rədd edir, həbsini jurnalistlik fəaliyyəti ilə bağlayır.

“Amnesty International” təşkilatı onu vicdan məhbusu kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG