Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:51

2015-ci ildə 69 jurnalist öldürülüb


Parisdə Charlie Hebdo jurnalına dəstək yürüşü
Parisdə Charlie Hebdo jurnalına dəstək yürüşü

Qətli ilə bağlı araşdırma başa çatmadığından Azərbaycan jurnalisti Rasim Əliyevin adı hələlik bu siyahıya daxil edilməyib

Jurnalistlərin Müdafiəsi Komitəsinin (Committee to Protect Journalists - CPJ) son hesabatında deyilir ki, 2015-ci ildə bütün dünya boyunca 69 jurnalist peşə fəaliyyəti zamanı həlak olub.

Onlardan 28 nəfəri və ya 40 faizi İslam ekstremistləri tərəfindən öldürülüb.

Bu siyahıyabu ilin 1 yanvarı ilə 23 dekabrı arasında öldürülmüş jurnalistlər daxil edilib. 2014-cü ildə siyahıda 61 jurnalist vardı.

İstintaq başa çatmadığından Rasim Əliyevin adı CPJ-nin siyahısına daxil edilməyib
İstintaq başa çatmadığından Rasim Əliyevin adı CPJ-nin siyahısına daxil edilməyib

CPJ-nin hesabatında deyilir ki, 2015-ci ildə öldürülümüş jurnalistlərin sayı arta bilər, çünki daha 26 jurnalistin qətli üzrə araşdırmalar hələ başa çatmayıb.

Azərbaycan jurnalisti Rasim Əliyevin adı hələlik 69 nəfərlik siyahıda təsdiqlənməyib. CPJ-nin saytında bu, “motivi hələlik bilinməyən qətl” kimi qeyd olunub.

Lakin bu heç də o demək deyildir ki, CPJ bu qətllə bağlı Azərbaycanda aparılan istintaq və məhkəmənin qərarını mütləq həqiqət kimi qəbul edəcək.

Təşkilatın saytındakı izahata görə, “motivi təsdiqlənməmiş” termini o deməkdir ki, CPJ-nin öz araşdırması davam edir və o, müstəqil olaraq jurnalistin peşə fəaliyyəti ilə bağlı öldürüldüyünü hesab edə bilər.

CPJ qeyd edir ki, məhz buna görə onun jurnalist ölümləri bağlı siyahıları vaxtaşırı yenilənir.

Buna baxmayaraq, bir sıra beynəlxalq jurnalist təşkilatları bu qətlin Rasimin peşə fəaliyyəti ilə bağlı olduğunu bildirirlər.

Beynəlxalq Jurnalistlər Federasiyasının saytında oxuyuruq:

Rasim Əliyev, 09 avqust, 2015. 31 yaşlı müstəqil jurnalist yerli futbolçunu Facebook səhifəsində tənqid etdikdən sonra, futbolçunun pərəstişkarları tərəfindən ona yetirilmiş bədən xəsarətlərindən ölüb”.

Hücumdan sonra xəstəxanada verdiyi müsahibədə Rasim Əliyev demişdi ki, Cavid Hüseynovu onun Qəbələ klubunun Kiprin Apollon klubu ilə oyunundan sonrakı davranışına görə tənqid edib.

Bu peşə üçün "dinc" ölkə yoxdur

2015-ci ildə jurnalist ölümlərinin ənənəvi xəritəsi də bir qədər dəyişib.

“Charlie Hebdo” satirik jurnalına silahlı basqında 9 jurnalist öldürüldükdən sonra, Fransa jurnalist ölümlərinə görə cədvəldə ikinci yerə qalxıb. Birinci yerdə gedən Suriyada 13 jurnalist öldürülüb,hərçənd ötən illə müqayisədə bu ölkədə öldürülən jurnalistlərin sayı azalıb. Bu önünlə əlaqələndirilir ki, jurnalistlər İslam Dövləti adlanan təşkilatın nəzarətindəki ərazidə xüsusi hədəfləndiyindən, artıq ora bir qədər az jurnalist gedir.

69 jurnalistdən 28 nəfəri və ya 40 faizi İslam ekstremistləri tərəfindən öldürülüb

3-cü yeri 6 jurnalistlə Braziliya tutur.ABŞ və Türkiyə hər biri 2 jurnalistlə 10-11-ci yerləri bölüşdürür.

Jurnalistlər üçün təhlükəli ölkələrin siyahısında Liviya, Yəmən və İraq da var.

Bu günlərdə Türkiyədə qətlə yetirilmiş Suriya videojurnalisti Naji Jerf-in adı hələlik hesabata daxil edilməyib.

O İŞİD-in “paytaxtı” Raqqada “Raqqa sakitcə qətliam edilir” gizli fəal qrupunun üzvü idi.

Göründüyü kimi, onun özü müharibə gedən Raqqada yox, “dinc” Türkiyəyə gəldikdən sonra öldürülüb.

XS
SM
MD
LG