Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:02

“Johnson & Johnson” xərçəngə tutulan qadına 70 milyon dollar ödəməlidir


Foto arxiv
Foto arxiv

“Johnson & Johnson” şirkəti xərçəngə tutulan qadına 70 milyon dollar təzminat öpdəməlidir.

ABŞ-ın Missuri məhkəməsi 2012-ci ildə yumurtalıqlarında xərçəng aşkar edilən Kaliforniya sakini Debore Cannekkinin iddiasını təmin edib.

Associated Pressin məlumatına görə, qadın iddia edir ki, uzun müddət bu korporasiyayanın istehsalı olan uşaq tozundan istifadəyə görə xərçəngə tutulub.

Koorporasiyanın nümayəndəsi Kerol Qudriç bundan dərin təəssüfləndirklərini, amma qərardan şikayət verəcəklərini bildirib.

O, «Johnson's Baby Powder» tozunun təhlükəsiz olduğunu deyir.

Artıq 2 minə yaxın qadın korporasiyanı məhkəməyə verib.

Missuri məhkəməsi bu ilin fevralında da şirkətin, yumutalıq xərcəngindən ölən Alabama sakini Jaklin Foksun ailəsinə 72 milyon dollar ödəməsi barədə qərar çıxarıb.

O, da 35 ildən çox imiş ki, “Johnson & Johnson” tozundan istifadə edirmiş.

Həmçinin məhkəmə bu ilin mayında Şimali Dakoda ştatından olan Qlorii Ristesanın da eyni iddiasını təmin edib.Şirkət ona 55 milyon dollar kompensasiya ödəməlidir.

1886-cı ildə yaradılan “Johnson & Johnson” korporasiyası dünyada kosmetik vəsanitar-gigeniya məhsulları istesal edən ən iri şirkətlərdən biridir.

“Fortuna” jurnalının versiyasına görə, “Johnson & Johnson” ABŞ-da ən iri şirkətlər arasında 37-cidir.

2014-cü ildə dövriyyəsi 74 milyard dollar olub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG