Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:32

ABŞ vitse-prezidenti F.Gülen-lə bağlı Ankaraya gəlir


Joe Biden
Joe Biden

ABŞ vitse-prezidenti Joe Biden dini xadim Fethullah Gülen-in ekstradisiyasını müzakirə etmək üçün Türkiyəyə gələcək.

Bu barədə baş nazir Binali Yıldırım bildirib.

Türkiyə iyulun 15-də baş tutmayan dövlət çevrilişi cəhdində Fethullah Gülen-i günahlandırır.

Joe Biden-in rəhbərlik etdiyi nümayəndə heyəti avqustun 22-də Ankaraya gələcək. Bundan sonra Türkiyə nümayəndə heyətinin də ABŞ-a səfəri nəzərdə tutulur.

Oktyabrda isə dövlət katibi John Kerry-nin Ankaraya səfəri gözlənir.

Gülen-in ekstradisiyası məsələsi üzündən iki ölkə arasında münasibətlər gərginləşib, əvəzində Türkiyə ABŞ və Qərbin Ukrayna böhranına görə sanksiyalar tətbiq etdiyi Rusiya ilə yaxınlaşmağa başlayıb.

Fethullah Gülen özü bəyan edib ki, hadisələrdə əli olduğu sübuta yetirilsə, özü Türkiyəyə qayıdacaq.

İyulun 15-dəki olaylar zamanı 200 adam ölüb. Bundan sonra hakimiyyət Fethullah Gülen təriqətinə mənsub saydığı 80 mindən çox dövlət məmurunu işdən azad edib, 20 minə yaxın adam həbs olunub.

XS
SM
MD
LG