Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:39

Rusiyanın Liberal-Demokrat Partiyasının lideri Vladimir Zhirinovski bu yaxınlarda Rusiyanın 2019-cu ilə qədər Abxaziya və Cənubi Osetiyaya 15 milyard rubl ayıracağı barədə qərara münasibət bildirib. O, Rusiyanın tərkibinə daxil olmadıqları müddətdə onların maliyyələşdirilməsinə qarşı olduğunu deyib.

“BAŞQA REGİONA QAYITSINLAR”

Üstəlik, populist siyasətçi qeyd edib ki, Abxaziya Krasnodar diyarının, Cənubi Osetiya isə Şimali Osetiyanın tərkibində rayonlar olmalıdır.

Populist siyasətçi qeyd edib ki, Abxaziya Krasnodar diyarının, Cənubi Osetiya isə Şimali Osetiyanın tərkibində rayonlar olmalıdır.

"Biz kiməsə yardım edilməsinə qarşıyıq. LDPR-in mövqeyi belədir: bütün tanınmamış ərazilər rayon qismində Rusiyanın tərkibinə daxil olsun – Abxaziya Krasnodar diyarının, Cənubi Osetiya Şimali Osetiyanın, Dnestryanı isə Krım vilayətinin. Ancaq bu əraziləri belə saxlamaq başağrısıdır. Ona görə də biz planetin istənilən nöqtəsinə pul ayrılmasına qarşı çıxacağıq. Ya onlar özləri inkişaf etsinlər, ya Rusiyanın tərkibinə daxil olsunlar, ya da hansısa başqa regiona qayıtsınlar. Bütün dünyaya – Kuba, Koreya, Vyetnam, Laos, Kambocaya – pul xərcləyə-xərcləyə ölkə dağıldı", Zhirinovski deyib.

Buna da bax:​ Rusiyanın şərtləri qəbul olunsa...

Zhirinovskinin dedikləri Cənubi Osetiyada diqqətsiz ötüşməyib. Separatçı respublikanın XİN-i bəyanat verərək bildirib ki, buna bənzər düşünülməmiş və əsassız ifadələr Cənubi Osetiya və Rusiyanın düşmənlərinə xidmət edir.

EHTİYATLI YANAŞMA

Separatçı respublikanın XİN-i bəyanat verərək bildirib ki, buna bənzər düşünülməmiş və əsassız ifadələr Cənubi Osetiya və Rusiyanın düşmənlərinə xidmət edir.

Rusiyalı publisist və millətçi-demokrat Konstantin Krylov əmindir ki, rus cəmiyyəti cənub respublikalarının Rusiyaya birləşməsinə, ən azı, ehtiyatla yanaşardı.

Məsələn, əgər Krım məsələsi tamamilə özümüzünkünün qaytarılması kimi qəbul olunurdusa, Abxaziya və Cənubi Osetiya ... həmişə yad olub. Postsovet dövründə hamı onların uzaqda olmasına öyrəşib və Rusiyanın zəruri, üzvi tərkib hissəsi kimi qəbul edilməyiblər. Ona görə də bu halda sual yaranardı: «Hə, birləşdirək, indi də bütün Qafqaz kimi onları da yemləməliyik»’, o deyir.

"İndi hamı bilir ki, Suriya, Rusiya əhalisinin mütləq çoxluğunun vecinə də deyil. Təkcə pullara heyfləri gəlir. Çünki hamı öyrəşib ki, hökumət insanlardan, ilk növbədə isə ruslardan başqa hər şeyə pul xərcləyir". Ona görə də Konstantin Krylov hesab edir ki, Zhirinovski bu bəyanatı Putin və ona yaxın elitaya yarınmağa verib. "Əhalinin əhvalına gəlincə, burada heç bir imperializm hiss olunmur", deyə publisist qeyd edib.

Buna da bax:​ Abxaziya Rusiyaya qoşulmaq istəmir

ELİTAYA SİQNAL

"Bu, Rusiya pullarına çox tez alışaraq tənbəlləşmiş Cənubi Osetiya elitasına yaxşı siqnaldır. Onlar... respublikanın müasirləşməsi barədə o qədər də düşünmürlər"

"Hər kəs Rusiyada təkcə rusların yaşamaması faktını üstünlük kimi yox, problem kimi qəbul edir. Bu mənada "gəlin, kimisə işğal edək, haranısa birləşdirək" kimi danışıqlar xoş qarşılanmır. Ona görə ki, bu, məhz rusların boynuna qoyulmuş... xərc və problemlər deməkdir. Kütlə məhz belə düşünür. Burada isə Zhirinovski kütləyə yox, dövlətin dəstəklədiyi vətənpərvər diskursa işləyir", Konstantin Krylov deyir.

Cənubi osetiyalı ekspert Roland Kelekhsayev isə Zhirinovskinin bəyanatını bəyənib. "Bu, Rusiya pullarına çox tez alışaraq tənbəlləşmiş Cənubi Osetiya elitasına yaxşı siqnaldır. Onlar... respublikanın müasirləşməsi barədə o qədər də düşünmürlər", Kelekhsayev deyir.

Buna da bax:​ Gürcüstan-Rusiya danışıqları marta qaldı

"...Heç kimin bizə borcu yoxdur. Heç kim bizi yemləməyə, qorumağa və sevməyə borclu deyil. Rusiya bizim müttəfiqimizdir. Ancaq biz əbədi olaraq onun boynunda oturmamalıyıq. Gec-tez, o bundan bezəcək. Özümüzü saxlamağı və öz gücümüzə güvənməyi öyrənməliyik", deyə ekspert vurğulayıb.

Rusiya Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya bölgələrini dəstəkləyir və onları müstəqil dövlət kimi tanıyıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG