Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:14

Azərbaycan "İsgəndər"ə oxşar raket texnologiyası almaq istəyir


 Ilham Aliyev və Yavər Camalov

Ilham Aliyev və Yavər Camalov

“Azərbaycan yaxın mənzilli ballistik raket texnologiyası almaq üçün danışıqlar aparır”.

Bunu ölkənin Müdafiə Sənayesi naziri Yavər Camalov deyib.

O bildirib ki, hazırda bununla bağlı aparıcı dünya şirkətləri ilə danışıqlar aparılır və söhbət 280 kilometrlik məsavəni vura bilən ballistik raketlərdən gedir.

Nazir qeyd edib ki, hazırda Azərbaycanda 125 adda yeni hərbi təyinatlı məmulat hazırlanması ilə bağlı iş gedir.

O bildirib ki, prioritet layihələr kimi hava-yer, hava-hava, və yer-yer tipli raket sistemlərinin hazırlanmasını göstərmək olar.

Qeyd edək ki, bu yaxınlarda Rusiya Ermənistana "İsgəndər" raketləri satıb. Həmin raketlər 500 kilometr məsafədə hədəfləri vura bilir (eksport variantında 300 kilometədək).

Ermənistan bunu Azərbaycan ordusu üzərində üstünlük qazanması kimi təqdim edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG