Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:03

Amerikalı həmsədr: 'Mövcud status-kvo davamlı deyil'


James Warlick
James Warlick

“Azərbaycanın işğal olunmuş torpaqları Azərbaycanın nəzarəti altına qaytarılmalıdır”.

APA bu xəbəri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikə istinadən yayıb.

Oktyabrın 22-də keçirdiyi mətbuat konfrasında bildirib ki, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, ərazidə sülhməramlıların yerləşdirilməsi də danışıqların elementlərinə daxildir:

“Bunlar hamısı müzakirə predmeti olacaq. Gələcək statusun müəyyənləşdirilməsi məsələsi məhz prezident İlham Əliyev tərəfindən irəli sürülüb və biz bunu alqışlayırıq. Görüşlər zamanı prezidentlər bir araya gələrək müxtəlif elementləri öz aralarında müzakirə edə bilərlər və bu kimi görüşlər davam etdirilməlidir. Bütün qeyd olunan elementlər paket şəklində müzakirə olunmalıdır ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə razılaşdırılmış şəkildə həlli tapılsın. Həmsədrlər artıq qeyd edib ki, mövcud status-kvo davamlı deyil”.

“Maraqlı ideyalar var”

Amerikalı həmsədr deyib ki, müzakirə predmeti olan maraqlı ideyalar var:

“Biz bu ideyaları müzakirə etməyə hazırıq və müzakirə edəcəyik. Eyni zamanda, prezidentlərin növbəti görüşünün təşkilini müzakirə edəcəyik. Azərbaycan prezidenti vurğulayıb ki Ermənistan prezidenti Serj Sarkisyanla görüşməyə hazırdır”.

Bu günlərdə Rusiya ABŞ rəsmiləri bildiriblər ki, Qarabağ münaqişəsinin tezliklə həlli ilə bağlı nikbin deyillər. Rəsmi Bakı bu bəyanatları təpki ilə qarşılamışdı.

Bu il aprelin 2-5-də Qarabağ cəbhəsində hərbi əməliyyatlar baş verib. Bundan sonra durumun normallaşdırılması üçün münaqişənin dinc vasitələrlə tənizmlənməsi məqsədilə 1996-cı ildən fəaliyyət göstərən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin fəaliyyəti aktiv fazaya keçib. Tərəflərlə danışıqlar aparılıb və 2016-cı il mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən sonra hərbi əməliyyatlar dayandırılıb.

Qarabağ münaqisəi isə 1988-ci ildən başlayıb. 1994-cü ildə atəşkəs razılığı gerçəkləşənə qədər Dalıq Qarabağ bölgəsi və bölgəyə bitişik 7 rayon işğal edilib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG