Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:28

Ceyms Uorlik Yerevanda da dedi ki, işğal edilmiş ərazilər qaytarılmalıdır


James Warlik
James Warlik

“Bütün tərəflər səfir Anje Kaspşikin rəhbərlik etdiyi müşahidəçi qrupun genişləndirilməsi ilə razıdır”.

Bunu Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik ( James Warlik) oktyabrın 25-də Yerevanda keçirdiyi mətbuat konfransında deyib: ”Səfir Kaspşikin missiyasının genişləndirilməsi ilə bağlı razılıq var və səfərimizdə məqsəd bu razılaşmanı reallaşdırmaq üçün bir neçə detal üzərində işləməkdir”, deyə o bildirib.

ATƏT-in Minsk qrupöunun həmsədrləri Yerevana Azərbaycan və Dağlıq Qarabağda danışıqlar apardıqdan sonra gediblər.

Rusiya və Azərbaycan KİV-lərinin məlumatına görə, Uorlik Bakıda keçirdiyi mətbuat konfransında deyib ki, preidentlərin görüşündə ən vacib mövzulardan biri işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsidir.

Uorlik AzadlıqRadiosu Ermənistan xidmətinin sualına cavabında belə bir bəyanatla çıxış etdiyini inkar etməyib və ümumi konteksdən he nə çıxarmamağa çağırıb.

“Nizamlanmanın bütün komponentləri masa üzərində olmalı və müzakirə olunmalıdır. Siz hansısa bir sualı götürüb onu kontekstən çıxara bilmərsiz. Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması müzakirə olunmalı, eyni zamanda Dağlıq Qarabağn yekun statusu açıq şəkildə müzakirə olunmalıdır. Başqa suallar da var, biz qaçqınlar və daxildəki məcburi köçkünlərin qayıtması məsələsini də müzakirə etməliyik. Açıq deməliyik ki, beynəlxalq sülhməramlı qüvvələr hansı formada olmalı və hansı səlahiyyətləri olmalıdır. Həmçinin dəhliz məsələsi müzakirə olunmalıdır. Bütün bunlar sistemli həllin tərkibidir”, deyə Uorlik bildirib.

Ermənistan və Azərbaycan prezidentlərinin görüşünə gəldikdə isə həmsədr deyib ki, beynəlxalq vasitəçilər indi belə bir görüş təşkil eləməyə çalışırlar.

Ceyms Uorlikin oktyabrın 25-də Ermənistan prezidenti Serj Sarkisyan və müdafiə naziri Viqen Sarkisyanla görüşü nəzərdə tutulur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG