Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:43

Amerikalı həmsədr istefa verəcəyini yazır


James Warlick
James Warlick

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik (James Warlick) dekabrın 31-də bu vəzifədən istefa verəcək.

Bunu amerikalı həmsədr noyabrın 21-də özünün Tvitter səhifəsində yazıb.

O, bundan sonra Rusiyanın iri və nüvuzlu hüquq şirkətlərindən biriylə tərəfdaşıql edəcəyini yazır.

Məlumatlara görə, Ceyms Uorlik “Yeqorov,Puqinski, Afanasyev və tərəfdaşlar” şirkətində işləyəcək.

Şirkətin məlumatına görə, o, gələn ilin yanvarında Vaşinqtondakı komandaya qoşulacaq,amerikalı və beynəlxalq müştərilərin işi, müştərilərlə strateji əlaqələrin inkişafı, qanunvericilik və dövlət siyasəti məsələlərinə baxacaq.

Ceyms Uorlik 30-ildən çox ABŞ Dövlət Departamentində işləyib, 2000-ci illərin əvvəllərində ABŞ-ın Moskvadakı baş konsulu olub.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir.

Qeyd edək ki, həmsədrlər Igor Popov (Rusiya), James Warlick (ABŞ) və Pierre oktyabrın 26-28-də regionda səfərdə olublar.

Səfərdə məqsəd bu ilin aprelində təmas xəttində baş verən toqquşmadan sonra yaranmış vəziyyəti müzakirə etmk olub.

Həmsədrlər bu ilin dekabrda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşmək və prezidentlərin görüşünün təşkil etmık fikrindədirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG