Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:46

Gör nə günlərə qaldın, Balaş...


Oktyabrın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində Fikrət Əmirovun məşhur “Sevil” operası yenidən nümayiş etdiriləcək.

Tamaşanın rejissoru Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevdir.

Tamaşada əsas rolları xalq artisti Azər Zeynalov (Balaş), əməkdar artistlər- Zemfira İsmayılova (Sevil) və Gülnaz İsmayılova (Dilbər) ifa edəcəklər.

Operanın dirijoru Əyyub Quliyevdir.

Fikrət Əmirovun 1953-cü ildə Cəfər Cabbarlının eyniadlı dramı və Tələt Əyyubovun librettosu əsasında yazdığı bu opera elə həmin ildə də Opera və Balet Teatrında tamaşaya qoyulub.

Dramda hadisələr 20-ci əsrin əvvəlində Azərbaycanda cərəyan edir.

Kasıb zümrədən olan həyat yoldaşı Sevili aşağılayan və "bahalı" məşuqə saxlayan Balaş sonda acınacaqlı duruma düşür...

Buna da bax: ANS-də porno?!!!- [günün karikaturası]

Günün bütün mövzuları

XS
SM
MD
LG